DİPLOMATLAR SƏNAYE MÜƏSSİSƏLƏRİ İLƏ TANIŞ OLUB - CBC TV

1798


Azərbaycan Xarici İşlər Nazirliyi ölkədə akkreditə olunan xarici ölkə diplomatlarının Sumqayıta səfərini təşkil edib.

60-dan çox diplomatın iştirak etdiyi səfərin əsas məqsədi Sumqayıtın iqtisadi potensialı və sənaye müəssisələri ilə tanışlıqdır. Xarici ölkə təmsilçiləri Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki müəssisələrlə tanış olub, SOCAR Karbamid, SOCAR Polimer zavodlarına baş çəkiblər.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki,  Cənubi Qafqazın ən böyük sənaye zonalarından biri olan Sumqayıt Kimya Sənaye Parkının işçilərinin 90%-i şəhərin sakinləridir. İlin sonuna qədər burda yeni müəssisələr də işə düşəcək və başqa ölkələrlə iqtisadi-ticarət əlaqələrinə dəyər qatacaq. Sumqayıt Kimya Sənaye Parkının ən böyük rezidentlərindən biri SOCAR karbamid zavodudur.

Bir müddət əvvəl açılışı olan müəssisə martdan tam istehsal gücü ilə işləyəcək. SOCAR Karbamiddə istehsal olunacaq məhsulun yalnız 30%-i Azərbaycanda qalacaq və ölkənin mineral gübrə tələbini tam ödəyəcək. Məhsulun 70%-i isə ixrac olunacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər