Dövlət Miqrasiya Xidməti Sumqayıtda “Açıq qapı günü” keçirib

1607
Dövlət Miqrasiya Xidməti (DMX) Sumqayıt şəhərində vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, aidiyyatı dövlət qurumlarının, ictimai təşkilatların, işəgötürənlərin, sahibkarların, həmçinin KİV nümayəndələri üçün “Açıq qapı günü” keçirib.
“Açıq qapı günü” – vətəndaş forumu “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nına uyğun olaraq həyata keçirilib.

Tədbirdə çıxış edən DMX-nin baş idarə rəisi, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri, general-mayor Vahid Qəhrəmanov bildirib ki, Milli Fəaliyyət Planında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, ictimaiyyətlə sıx əlaqələrin qurulması və ictimai iştirakçılığın genişləndirilməsi ilə bağlı bir sıra prinsiplər yer alıb. Dövlət Miqrasiya Xidməti də bu prinsiplərdən irəli gələrək belə tədbirlərin təşkilini davam etdirir: “Tədbiri məqsədi ictimaiyyət, eləcə də KİV nümayəndələrini Xidmətin fəaliyyəti və göstərdiyi müasir xidmətlər ilə yaxından tanış etməkdir. Dövlət Miqrasiya Xidməti ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsi, idarə olunması sahəsində “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirir. Xidmətin fəaliyyət sferasına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, vətəndaşlıq məsələləri, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, qaçqın statusunun müəyyənləşdirilməsi kimi məsələlər daxildir. Xidmətin aparatında, istərsə də regional miqrasiya idarələrində vətəndaşlara rahat, operativ və şəffaf xidmət üçün ardıcıl tədbirlər həyata keçirilir”.
“Açıq qapı günü”ndə DMX-nin elektron və onlayn xidmətləri barədə geniş məlumat verilib. “Elektron hökumət” portalına qoşulmuş qurumun istifadəyə verdiyi 11 elektron xidmətdən istifadə qaydaları və faydaları əyani şəkildə izah olunub, bununla bağlı verilən suallar cavablandırılıb. Tədbirdə vurğulanıb ki, elektron xidmətlərin yaratdığı imkanlar sayəsində, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətləri artıq həm də elektron qaydada qəbul edilir. (Rreport)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər