Dünyada sərvəti 100 milyard dolları keçən yeni milyarder peyda oldu

766

Dünyada sərvəti 100 milyard dollardan çox olan insanların sırasına yeni zəngin qatılıb. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı “Bloomberg Billionaires Index”in siyahısında dəyişiklik edilib.

Yayılan informasiyaya görə, multimilyarderlər klubunun yeni üzvü “Microsoft” şirkətinin keçmiş rəhbəri Stiv Balmerdir.

Stiv Balmer “Microsoft”da 1980-ci ildən çalışıb. 2000-2014-cü illər aralığında isə o, dünyanın ən böyük texnologiya korporasiyalarından birinin baş direktoru olub. Stiv Balmer hazırda ABŞ-ın peşəkar “Los Angeles Clippers” klubunun da sahibidir. Son sutkalarda gedən birja alış-verişləri milyarderin sərvətinə 7,31 milyard dollar əlavə edərək onun varidatını 101 milyard dollara çatıdırıb.

Dünyada 100 milyard dollardan çox pulu olan sadəcə 8 adam var. Onlardan geriyə 98,5 milyard dollar pulu olan “Oracle” şirkətinin təsisçisi Larri Ellison qalıb.

“Bloomberg” Rusiya milyarderlərinin də bu il daha da zənginləşdiklərini təsbit edib. Yeni reytinqdə onların ümumi sərvətinin 36,32 milyard dollar daha artdığı görünür. Ümumilikdə Rusiyanın ən varlı 24 vətəndaşının 369,36 milyard dollar pulu olduğu qeyd edilir.

Dünyanın ən varlı adamı isə “Amazon” şirkətinin təsisçisi Ceff Bezos hesab olunur. Bu ayın sonunda kosmosa uçmağa hazırlaşan amerikalı iş adamının pulu da zirvədədir – 212 milyard dollar!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər