Ölkələrin qlobal miqyasdakı təsirləri əsasən hərbi, siyasi və iqtisadi gücləri ilə ölçülür.
Amma bəzi ölkələr mədəniyyətləri, yeməkləri, dəb və əyləncə dünyaları ilə iz buraxıblar.
sumqayitxeber.com` Musavat.com-a istinadən Amerikada bununla bağlı aparılan bir araşdırmanın nəticələrini təqdim edir. Amerikada aparılan bir araşdırmada (US News & World Report), prestij, xoşbəxtlik, müasirlik hər mənada dəbə uyğunluq və əyləncə dünyasında önəmli yer tutmaq kimi faktorlar göz önünə alınaraq dünyaya ən çox təsir göstərən ölkələrin siyahısı hazırlanıb.
İlk 10’dakı ölkələrin çoxu Avropada yer alanda, Yaponiya (modernlik və nüfuz baxımdan), Braziliya (xoşbəxtlik və əyləncə mədəniyyəti) və ABŞ (Müasir və mədəni təsir sahii) də üst sıraları tutdu.
Hərbi, siyasi və ya iqtisadi gücüylə yox, mədəniyyəti ilə dünyaya ən çox təsir edən beş ölkə aşağıdakılardır:
İtaliya
Valentino, Armani, Versace və Gucci kimi markaları ilə məşhur olan İtaliya, ‘modaya uyğunluq” və “revanşda olmaq” baxımından üst sıralardadır.
İtalyanların görünüşlərinə diqqət etdiyi bilinir. Amma detallara diqqət etmək özəlliyi sadəcə dəb sahəsində yox, yeməkdən mebelə qədər bir çox sahə üçün keçərlidir.
Yeməkdə İtalyan təsirini tam olaraq hiss etmək üçün Romaya getmək tövsiyyə edilir. İtaliyada restoranda yemək yemək çox geniş yayıldığı üçün, həm ənənəvi mətbəx, həm də modern yemək növlərini tapmaq mümkündür.
Fransa
‘Müasirlik”, nüfuz və dəblə ayaqlaşmaq baxımdan yüksək xal alan Fransanın mədəni təsiri də dünya miqyasında hiss edilir.
Məsələn, Parisdə yaşayan və Been Around the Globe adlı bloq saytında səyahətləri ilə yazılar yazan Roobens Fils bu mövzuda aşağıdakıları deyir: “Çox uzaqlardakı insanlar belə, fransız mətbəxi, sənəti və dəbindən xoşlanır və ilham alırlar. İrana getdiyim zaman Molieri sevdiyini deyən insanlarla qarşılaşmaq məni çox təəccübləndirdi. İranda Molieri tanıyırlar”.
Fransız mədəniyyətini ilk əldən təcrübə edəcək ən yaxşı yer Paris olsa da, Bordeaux, Lyon və Toulouse da çox yaxşı və daha kiçik miqyaslı alternativ şəhərlər olaraq görülür.
antalya grup yapan escort
kemer escort
antalya escort
Bordeaux yaxşı şərabları ilə məşhurdur. Bundan başqa, Paris xaricində çox sayda tarixi binaya sahib bir şəhərdir. Fransanın ən qələbəlik üçüncü şəhəri olan Lion isə ənənəvi fransız mətbəxi və üç ulduzlu Michelin restoranları ilə məşhurdur.
2000 ildən artıq tarixi ilə cənubdakı Toulouse şəhəri terakota memarlığı ilə məşhurdur. Fransızlar millət olaraq kimlikləri və dilləri ilə qürur duyurlar. Bir çox fransız öz ölkəsində, təmiz bildiyi halda ingiliscə və ya başqa xarici dildə danışmağı tərcih etməz. “Fransada yaşamağa gələn biri ora ilə ayaqlaşmağa məcburdur. Çünki fransızlar sizinlə ayaqlaşmaq üçün əsla əziyyət çəkməz, heç buna cəhd göstərməzlər” Fils belə deyir.
ABŞ
ABŞ ‘müasirlik” və “əyləncə dünyasında təsirli olmaq” kateqoriyalarında yüksek xal aldı. Amerikan filmləri, musiqiləri, televiziya verilişləri dünya miqyasında izlənir.
Ölkənin texnologiya sektoru Facebook, Twitter, Google, Amazon kimi şirkətləri ilə milyardlarca insanın həyatına girmiş vəziyyətdədir. Bu Amerikan kimliyi hər şeyin mümkün ola biləcəyi üzərinə qurulmuş “Amerikan röyası”na istinad edir.
Ölkənin ən böyük şəhəri olan və “heç yatmayan şəhər” olaraq bilinən Nyu York da Amerikan dəyərlərini ən yaxşı ifadə edən şəhərdir. Frank Sinatra bir
Ölkənin digər ucundakı Los Ancelesdə isə Hollivud əyləncə vasitələri ilə Amerika ilə yanaşı, bütün dünyanın mədəniyyətini şəkilləndirir. Amma bu iki qütb arasında dəyişkən coğrafiyası və 300 milyonluq əhalisi ilə Amerika fərqli mədəniyyətləri özündə əks etdirir. Şəhərlərin də bir-birindən fərqli ruhları var. Mayami Çikaqo kimi deyil, məsələn.
İspaniya
Bir zamanlar dünyanın ən böyük imperatorluqlarından biri olan İspaniya Cənubi Amerikadan Cənubi Şərqi Asiyaya qədər bir çox bölgədə qalıcı izlər qoyub. Çin dilindən sonra ispan dili də dünyada ən çox danışılan ikinci dildir.
“A World to Travel” adlı saytda səyahət bloqları yazan Galiçyalı Inma Gregorio bunları qeyd edib: “Getdiyim hər yerdə ispan dilindən dininə, mətbəxindən festivallarına qədər ölkəmə aid bir çox şeylər tapıram”.
Yeməyə önəm verilən İspaniyanın tapas mədəniyyəti də dünyaya yayılıb. Yemək sosiallaşma və paylaşma vasitəsi olaraq da görülür.
Bir çox insan İspaniyada insanların yaşamaq üçün çalışdığını və həyata qarşı rahat bir tövr sərgilədiyini deyir.
İngiltərə
”Nüfuz sahibi olmaq” kateqoriyasında İngiltərə üst sıralarda yer alır. İngiltərədə yaşayanlar güclü bir iş etikası, dəyişikliyə açıq olmaq və yeni kəşflər etmək özəllikləri ilə öyünürlər. Dünyanın ən yaxşı universitetlərinin bir qismi İngiltərədə yerləşir.
İngilis dili təsiri və yayılma dairəsi ilə yanaşı, digər dillərdən “nələrisə borc almaq” xüsusiyyətləri ilə tanınır. Çox sayda insan başqa ölkələrdən gələrək, yeni bir həyat qura bilir.
Amma ingilislərin hər zaman dedikləri şeyi nəzər tutmadıqlarını yadda saxlamaq lazımdır. Tam olaraq nə deyildiyini anlamaq üçün dildəki nüansları bilmək və bədən dilini müşahidə etmək lazımdır.
Dünyanın önəmli maliyyə və iş mərkəzlərindən biri olan Londonda çalışmaq üçün digər ölkələrdən gələn çox sayda insan var. Muzey, teatr və konsert salonlarının bolluğu ilə mədəniyyət dünyasını çox yaxından təqib etmək, daim məşğul olacaq bir şey tapmaq mümkündür bu şəhərdə.
Bundan başqa London da mədəniyyət mərkəzi olaraq tək variant deyil. Edinburq dünyanın ən böyük sənət festivalına ev sahibliyi edərkən Birmingham da mədəniyyət dünyasında mühüm bir yer tutma yolundadır.