“Düzü, bu oyuna qədər “Sumqayıt”ı tanımırdım” – “Orenburq”un qapıçısı

173

“Orenburq”un qapıçısı Boqdan Moskviçyev “Sumqayıt”a qarşı keçirilmiş yoxlama görüşündən sonra klubun mətbuat xidmətinə danışıb.

Sportinfo.az xəbər verir ki, rusiyalı qapıçı komandasının “Sumqayıt” üzərində 2:1 hesablı qələbəsini şərh edib:

“Qalib gəldiyimizə görə şadam. “Sumqayıt” heç də pis komanda deyildi. Düzü, bu oyuna qədər “Sumqayıt”ı tanımırdım.

Oyunun gedişində gördüm ki, yaxşı komandadır. Topla çox yaxşı idilər.

Hücumda da yaxşı təşkilatlanmış komandadır. Maraqlıdır ki, komandamız iki qolu mən meydandan çıxdıqdan sonra vurdu.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər