” El bilir ki, sən mənimsən” adlı rəsm və əl işi müsabiqəsinə yekun vuruldu

75
Sumqayıt Bələdiyyəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin dəstəyi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Sumqayıt ümumtəhsil məktəblərinin şagirdləri və respublika Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvləri arasında keçirilən “El bilir ki, sən mənimsən ” adlı respublika rəsm və əl işi müsabiqəsi qaliblərinin mukafatlandırılma tədbiri keçirilib.
Tədbirdə qonaq qismində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron – Xızı Regional Təhsili İdarəsinin müdiri İlhamə Abdullayeva, Sumqayıt Bələdiyyəsinin rəhbəri Orxan Adıgözəlzadə, Sumqayıt məktəblərinin direktorları, respublika uşaq inkişaf mərkəzinin rəhbərləri və digər qonaqlar iştirak ediblər. İlk öncə qonaqlar müsabiqə qaliblərinin rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbir dövlət himni və ulu öndər Heydər Əliyev və onun ideyalarını canları bahasına həyata keçirən şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Çıxışçılar Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqil dövlətçiliyinin formalaşdırılması, ölkəmizi üzləşdiyi problemlərdən xilas edərək dinamik inkişaf edən, beynəlxalq münasibətlərin nüfuzlu iştirakçısına çevirdiyini qeyd ediblər. Qeyd olunub ki, dahi lider təhsilə, gələcək nəslin savadlı və milli dəyərlərə bağlı yetişməsinə xüsusi diqqət ayırıb.
Daha sonra qaliblər mükafatlandırılıb və şagirdlərin ifasında ədəbi-bədi kompazisiya təqdim olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər