Əliyev Hulusi Akarı Şuşada qəbul etdi – Foto

524

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi hərbi nümayəndə heyətini qəbul edib.

“TRT Haber” xəbər verir ki, görüş Şuşa şəhərində baş tutub.

Bildirilir ki, Hulusi Akar görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə təbriklərini dövlət başçısına çatdırıb.

***

Nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Türkiyə Respublikasının Quru Qoşunları komandanı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı Hasan Küçükakyuz və Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal daxildir. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın salamlarına və bayram təbriklərinə görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Hulusi Akar Zəfər Günü münasibətilə, eyni zamanda, öz adından dövlət başçısını təbrik edib.

Təbriklərə görə təşəkkür edən Prezident İlham Əliyev Hulusi Akarın bu bayram günündə Türkiyə Silahlı Qüvvələrinin rəhbər şəxsləri ilə bərabər Şuşaya gəlişinin xüsusi önəm daşıdığını vurğulayaraq minnətdarlığını bildirib. Bu yaxınlarda Prezident Rəcəb Tayyib Ərdoğanın Füzuli və Zəngilan rayonlarına səfərini məmnunluqla xatırlayaraq bunun ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin rəmzi olduğunu qeyd edib.

Dövlət başçısı Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstəyi bir daha yüksək qiymətləndirərək müharibədən sonrakı dövrdə əlaqələrimizin daha yüksək səviyyəyə qaldırıldığını vurğulayıb.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.

 



www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər