Elvin İsayev müraciət yaydı – Mətn

858

Ukraynadan Azərbaycana deportasiya olunan Elvin İsayev müraciət yayıb.

azvision.az xəbər verir ki, Elvin İsayev vəkili Gülarə İlyasova vasitəsilə hüquqlarının vəkili tərəfindən müdafiə olunduğunu və ona hər hansı təzyiqin edilmədiyini, törətdiyi əməllərin siyasiləşdirilməsinin əleyhinə olduğunu vurğulayıb:

“Hamıya deyirəm ki, mən Rusiyada elədiklərimin cinayət olduğunu anlamışam, elə buna görə də tutulmuşam. Mənim özümün vəkilim var. Vəkilim məni lazımi qədər müdafiə eləyir. Özüm də özümü müdafiə eləyirəm. Öz elədiklərimə özüm cavab verərəm. Mənə qarşı qanunsuz hərəkətlər və ya təzyiqlər olmayıb. Heç nəyə məcbur eləyən və incidən yoxdur.

Hamıya müraciət edirəm ki, mənim işimə heç kim qarışmasın, mənim adımdan danışmasın. Heç kim mənim işimi, əməlimi siyasiləşdirməsin. Xahiş edirəm, bu müraciətim hamıya çatdırılsın. Müraciətimi vəkilim Gülarə İlyasovanın vasitəsi ilə yayıram”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər