Ər-arvad istirahətdən qayıdarkən ölübmüş

3813

Kürdəmirdə baş vermiş ağır yol qəzasında vəfat edən ər və arvadının qonaqlıqdan qayıdarkən qəzaya düşməsi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, Bakı-Qazax magistralının 204-cü kilometrliyində “Toyota RAV4” markalı 90 CY 204 dövlət qeydiyyat nişanlı avtomobilin betona çırpılması nəticəsində sürücü 1961-ci təvəllüdlü Qafarov Pərviz Sərvaz oğlu və onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Qafarova Afət Cavad qızının vəfat etməsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması – 2 və ya daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə iş açılıb.

Məlum olub ki, Bakı şəhər Yasamal rayon sakini olan ər və arvadı aprelin 21-də istirahət məqsədilə Naftalana gedib. Daha sonra onlar Şəmkirə gedərək oradakı dostları ilə görüşüblər və qonaqlıqda iştirak ediblər. Aprelin 22-də isə Pərviz Qafarov həyat yoldaşı ilə paytaxta qayıdarkən avtomobilin idarəetməsini itirərək qəza törədib.

İlkin araşdırmalar zamanı hadisə vaxtı sürücü və sərnişinin təhlükəsizlik kəmərindən istifadə etməməsi, bu səbəbdən də qəza nəticəsində aldıqları xəsarətlərdən hadisə yerində vəfat etmələri məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Nizam Rza

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər