Ərdoğan Şuşaya da səfər edəcək

648

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad olunan Şuşa şəhərinə səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, Ərdoğan bu barədə Ədalət və İnkişaf Partiyasının qrup iclasında çıxışı zamanı açıqlama verib.

“Brüsseldəki görüşlərimizdən sonra Azərbaycanın paytaxtı Bakıya gedərək İlham Əliyev qardaşımızın qonağı olacağıq və ordan Şuşaya gedəcəyik. İşğaldan azad edilən Azərbaycan şəhərlərindən biri olan Şuşaya ailəvi gedərək həm rəsmi görüşlərimizi həyata keçirək, həm də müxtəlif görüşlər aparacağıq.

Dost və qardaş Azərbaycanın işğal altında olan torpaqlarının ölkəmizin də dəstəyi ilə xilas edilməsi Ermənistan başda olmaqla bölgədəki bütün tərəflərə yeni bir dönəmin qapılarını açmaq şansı verib”, – deyə Türkiyə dövlət başçısı qeyd edib

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər