Ermənilərin Sumqayıt planı - Deputat AÇIQLADI

1240

“Ermənilər Sumqayıt hadisələrinin 30 illiyi ilə bağlı tədbirlər keçirmək və bizə qarşı hücumlar təşkil etməyi planlaşdırır”.

Publika.az bildirir ki, bunu parlamentdə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev bildirib.

O, təklif edib ki, Milli Məclis adından ATƏT-in Minsk Qrupuna üzv dövlətlərinə müraciət olunsun:

“Bildiyiniz kimi, ATƏT-in Minsk Qrupunda 11 ölkə təmsil olunur. Müraciətdə bu kimi təxribatçı əməllərdən əl çəkilməsini tələb edək. Bir daha vurğulayaq ki, separatçı hadisələr səbəbindən Xocalı soyqrımını yaşamışıq”.

Deputat təklif edib ki, Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına İşğal siyasəti haqqında qanun layihəsinin hazırlanması da daxil edilsin.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər