Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə Gənc İstadadlara Dəstək Fondu tərəfindən 30 aprel 2010-cu il tarixində Sumqayıt şəhərinin orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Erudit” intellektual televiziya oyununun “Dünya” Müstəqil Televiziya və Radio Şirkətində növbəti seçim turları keçirilmişdir. Şəhərimizdə ilk dəfə olaraq keçirilən intellektual televiziya oyununa şəhər Gənclər və İdman Baş İdarəsi və “Dünya” Müstəqil Televiziya və Radio Şirkəti tərfindən təşkilati dəstək verilir, “AQS Dental Center” Stomatologiya Mərkəzi və “MOR reklam” firması tərəfindən sponsorluq edilir.7, 10, 13 və 36 saylı orta məktəblərin hər biri üç nəfərdən ibarət olan komandaları arasında komanda və fərdi yarışmalarda keçirilmiş doqquzuncu seçim turunda 7 saylı orta məktəbin “Dəryalar” komandasının üzvü, 11-ci sinif şagirdi Əliyev Rüstəm super finala vəsiqə qazanmışdır.26, 28, 30 və 40 saylı orta məktəblərin hər biri üç nəfərdən ibarət olan komandaları arasında keçirilmiş onuncu seçim turunda isə 26 saylı orta məktəbin “Xudafərin” komandasının üzvü, 10-cu sinif şagirdi Mehriban Yusifova super finala vəsiqə qazanmışdır.İştirakçı komandaların üzvlərinə “AQS Dental Center” Stomatologiya Mərkəzinin üzvlük kartları təqdim edilmişdir. Gənc İstedadlara Dəstək Fondunun prezidenti Rüstəm Sadıqzadə