Əsir alınmış erməni hərbçilərin adları açıqlandı – SİYAHI

517

Mayın 27-si gecə saatlarında Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində təxribat törətməyə çalışarkən Azərbaycan Ordusu tərəfindən əsir götürülmüş erməni hərbçilərin adları açıqlanıb. 

Musavat.com “Sputnik Armenia”ya istinadən siyahını təqdim edir:

A.N. Abqaryan;

I.A. Sarkisyan;

V.V. Sarkisyan;

B.S. Ohanyan;

A.G. Budoyan;

V.O. Rafaelyan.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat-təchizat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb. Ermənistan Müdafiə Nazirliyi də faktı təsdiqləyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər