Etdikləri çəkilişlər öz dillərindən… – Video

963

Bu gün Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olan Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov bir müddət öncə AzTV-yə müsahibə veriblər.

Jurnalist Məhərrəm İbrahimov çıxışında bildirib ki, onlar işğaldan azad olunan kəndlərə daxil olaraq ev-ev, küçə-küçə çəkilişlər aparırlar: “Məktəbləri, sosial obyektlərin hamısını bir-bir lentə alırıq. Foto çəkilir, mən onların qeydiyyatını aparıram. Bundan başqa, hər bir kəndə daxil olanda həmin kənd barəsində ümumi məlumat toplayıram”.

Operator Sirac Abışov isə açıqlamasında özünün də məcburi köçkün olduğunu vurğulayıb: “Hər evi gördükcə öz evimizi göz önünə gətirirəm. Çəkdiyim kadrları 1 milyon qaçqının hissini yaşaya-yaşaya çəkirəm. Kadrlara 50 milyonluq Azərbaycan xalqının gözüylə baxıram. Amma çox təəssüf ki, görüləsi vəziyyətdə deyil”.

S. Abışov mayın əvvəllərində işğaldan azad edilən rayonlara ezam olunduğu çəkilişlərlə bağlı danışarkən bütün kadrları yaşadığını, hiss etdiyini, həmin kadrlara 50 milyonluq Azərbaycan xalqının gözü ilə baxaraq çəkdiyini vurğulayıb. Hər evi gördükcə Qubadlıda öz evlərini xatırladığını bildirib.

Qeyd edək ki, bu gün saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalistin olduğu “Kamaz” markalı sərnişin avtomobili rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb. Nəticədə 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olublar. Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib. qafqazinfo.az




www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər