Sosial şəbəkədə tanış olduğu qadın tərəfindən aldadılan 23 yaşlı Murat Aydın zorla evə aparılaraq dilim-dilim doğrandığını iddia edib.
23 yaşlı gənc mətbuata sosial şəbəkədə tanış olduğu qadın tərəfindən necə aldadıldığını açıqlayıb.
O bildirib ki, bir müddət sosial şəbəkədə Sevgi.U adlı qadınla danışıb: “O, mənə subay olduğunu və valideynləri ilə yaşadığını bildirmişdi. Mən də subay olduğum üçün onunla bir müddət yazışdıq. Onun yazdıqlarından və hərəkətlərindən şübhələndiyim üçün görüşmək istəmədim. Ancaq o, məni rahat buraxmadı. Mənə qadının evil olduğunu və ondan canımı qurtarmaq üçün pul istədilər. Sonra qadının mənlə saxta adla danışdığını öyrəndim. Bir gün işlədiyim yerə gələrək mənimlə danışmaq istədiyini söylədi. Mən də onunla son dəfə danışmaq üçün yanına getdim. Həmin an bir kişi qadının əri olduğunu deyərək onunla məni zorla bir evə apardılar. O evdə dəhşətli işgəncələrə məruz qaldım. Qadın və əri məni huşumu itirənə qədər döydülər. Bədənimdə siqaret söndürüb, dilim-dilim kəsdilər. Mən özümə gələndə bağırmağa başladım. Səsimi eşidənlər polisə xəbər ediblər. Bu zaman qadın paltarlarını, üz-başını cırıb mənim evə zorla girdiyimi bildirdi. Ancaq ətrafdakı təhlükəsizlik kameralarına baxsaydılar həqiqəti görərdilər”.
Murat Aydının anası Halisə Aydın bildirib ki, oğlu bankdan götürdüyü 8 minə yaxın pulu şantajçılara verib: “Bir gün evimizə oğlumun evil qadınla görüşdüyünü və onun əri tərəfindən şantaj edildiyini bildirdilər. Sonra öyrəndik ki, oğlum sosial şəbəkədə fırıldaqçı qadınla yazışırmış”.