Sabiq Vergilər naziri Fazil Məmmədov Azərbaycan Güləş Federasiyasının prezidenti vəzifəsindən istefa verib. Bu barədə məlumatı “Qafqazinfo”ya federasiyanın mətbuat xidmətindən veriblər.
Bildirilir ki, Məmmədov öz ərizəsi ilə istefaya gedib.
Onun vəzifəsini seçkilərə qədər birinci vitse-prezident Namiq Əliyev icra edəcək.
Əldə etdiyimiz məlumata görə, 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına qədər Əliyev bu vəzifədə qalacaq. Yalnız ondan sonra Azərbaycan Güləş Federasiyasının yeni prezidenti postuna seçkilər olacaq.