Bu gün “Bozbash pictures”də “Fəlakət” obrazını canlandıran aktyor Elşən Orucovun qız toyudur.
“Qafqazinfo”nun məlumatına görə, İlahə adlı xanımla ailə quran sənətçinin toyu paytaxt restoranlarının birində keçirilir.
Mərasimdə şou-biznes nümayəndələri də iştirak edir.
Toydan fotolar artıq sosial şəbəkədə paylaşılıb.
Qeyd edək ki, cütlüyün oğlan toyu martın 5-də olacaq. Aktyorun ailə qurduğu xanım da ATV-də çalışır.