FHN Sumqayıt Regional Mərkəzində Nazirliyin yaranmasının 5-ci ildönümü münasibəti ilə tədbir keçirilib

836

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 5-ci ildönümü ilə əlaqədar Nazirliyin Sumqayıt Regional Mərkəzində tədbir keçirilib. Ulu öndər Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayan tədbirdə çıxış edənlər Nazirliyin yaranma tarixi, 5 il ərzində görülən işlərdən söz açıblar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyinin bu 5 il ərzində əldə etdiyi uğurlu nəticələr barədə tədbir iştirakçılarına məlumat verilib.

Daha sonra keçirilmiş uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Sumqayıt Kimyaçılar Mədəniyyət Sarayının qarşısındakı meydanda xilasedicilər tərəfindən xilasetmə əməliyyatları nümunəsi nümayiş etdirilib, Nazirliyin bəzi qurumlarına məxsus texniki avadanlıqlara baxış keçirilib.

fhn.gov.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər