“Gənc informatiklər” müsabiqəsinə maraq artmaqdadır

935

Bu il müsabiqəyə 600-dən çox müraciət daxil olub.

Sumqayıtxeber.xom saytına daxil olan məlumata görə bu il “Gənc informatiklər” müsabiqəsinə Sumqayıtda ali, orta ixtisas və orta ümumtəhsil məktəblərinin şagird və tələbələri arasında keçirilən “Gənc informatiklər” müsabiqəsində iştirak etmək üçün bu il 600-dən çox şagird və tələbə ərizə ilə müraciət edib.

Bu barədə Təşkilat Komitəsindən Bəyaz Novruzova sumqayitxeber.com saytına məlumat verilib. Məlumata görə, ərizəçilərdən 242 nəfəri internet-səhifələrin, 226-sı təqdimat işlərinin, 67-si bloqların hazırlanması üzrə müsabiqədə iştirak edib; 72 nəfər ibtidai sinif şagirdi isə mətn yığıcılığı üzrə mübarizə aparıb.

Builki müsabiqədə Sumqayıt şəhər məktəbliləri və tələbələri ilə yanaşı, Abşeron, Xızı, Şabran, Siyəzən, Xaçmaz, Quba və Qusar rayonlarından da şagirdlər iştirak ediblər. Müsabiqə, istiqamətlərdən asılı olaraq, fərdi qaydada və komandalar arasında keçirilib.

Müsabiqənin məqsədi məktəblilərin və tələbələrin müasir informasiya və kommunikasiya texnologiyalarına marağını artırmaq və onların İKT-dən istifadə bacarıqlarını təkmilləşdirmək, eləcə də tədris müəssisələrində İKT-nin tətbiqini stimullaşdırmaqdır.

Qeyd edək ki, Sumqayıt şəhərində əsası 2008-ci ildə qoyulan bu müsabiqə artıq ənənəvi olaraq hər il keçirilir.

Müsabiqənin baş sponsoru HP şirkəti, sponsorları isə “Microsoft” şirkəti və “Aztelekom” İB-dir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər
  • Elşən
    İyun 7, 2010 - 22:19

    Salam.Mən Xızı rayonu Şuraabad qəsəbə orta məktəbinin İnformatika müəllimi artıq 2 ci ildir ki bu müsabiqəyə qoşuluram.Keçən il təqdimat üzrə apardığım komanda nominasiyaya layiq görüldü Bu ildə veb üzrə finala düşmüşük yəqin yenə də allahın köməyi ilə qalib olarıq.Mən bir daha Bu müsabiqənin yaradıcı heyətini Şuraabad qəsəbə orta məktəbinin kollektivi adından salamlayıram xüsusi ilə də Bəyaz müəlliməni və bütün iştirakçılara uğurlar.Elşən müəllim

  • Nərmin
    İyun 25, 2010 - 10:30

    Salam. Mən də bu yarışmada iştirak etmişəm. Xırdalan şəhərinin 2 saylı məktəbində oxuyuram. Mətn yığıcılığı üzrə ilin Ən SƏLİQƏLİ YAZAN İNFORMATİKİ adına layiq görülmüş , VUNDERKİN adına namizəd olmuşam və birinci yeri tutmuşam. Mən bu yarışmada kimin əməyi olubsa, onlara dərin təşəkkürümü bildirirəm.

  • Rəşad
    Dekabr 4, 2010 - 23:11

    Salam.Mən də 2009-cu ildə bu yarışmada iştirak etmişəm.Xırdalan şəhəri 2 saylı orta məktəbi təmsil etmişəm.Və ƏN YAXŞI TƏQDİMAT İŞİ lauriyatına layiq görülmüşəm. Mən bu yarışmada ilk növbədə müəllimlərimə və daha sonra yarışmanı təşkil edənlərə öz minnətdarlığımı bildirirəm.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər