“Gənc nəslin yetişdirilməsində Sumqayıt Dövlət Universitetinin üzərinə xüsusi missiya düşür”

753

“Yaşıl dünya naminə hər bir insanın qarşısında böyük bir missiya durur. Hər kəs hərəkət və davranışlarında təbiətin dostu olmalıdır. Bu baxımdan, ən çox diqqət yetirilməli olan məsələ insan yetişdirməkdir”.

Azərbaycan Respublikası Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr Tahir Mirkişili bu fikirləri Sumqayıt Dövlət Universitetində keçirilən“Yaşıl dünya naminə həmrəylik” forumunda səsləndirib.

Tahir Mirkişili qeyd edib ki, gənc nəslin bu istiqamətdə yetişdirilməsində Sumqayıt Dövlət Universitetinin üzərinə də xüsusi missiya düşür: “Forumda Sumqayıt Dövlət Universitetinin açıqladığı tədqiqatı alqışlayırıq. Hesab edirəm ki, Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar, xüsusilə də bu il keçiriləcək COP29 samiti çərçivəsində belə tədqiqatların aparılması çox önəmlidir.”

Tahir Mirkişili universitetin həyata keçirdiyi tədqiqatların və forumda səsləndirilən fikirlərin cəmiyyətin ekoloji maariflənməsində və gələcək nəsillərin bu sahədə daha məsuliyyətli olmasında mühüm rol oynayacağını vurğulayıb: “COP29 samiti çərçivəsində aparılan tədqiqatlar, Azərbaycanın ekoloji siyasətinə və qlobal səviyyədə ekoloji problemlərin həllinə töhfə verəcək”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər