“Gənc Sumqayıt” komandası qalib gəldi

850
Sumqayıt  2  nömrəli Uşaq Gənclər  İdman Şahmat Məktəbində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə əlilliyi olan gənclər arasında Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş dama üzrə turnir keçirilib
Tədbirdə çıxış edən Baş İdarənin rəisi Elgün Hümbətovturnirin Sumqayıt şəhərinin 70 illiyinə həsr edildiyini və ölkə başçısı cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2017 – 2021-ci illərdə” dövlət proqramının müvafiq bəndlərinə,şəhərin 70 illik yubileyi əlaqədar təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq gənclərin dünya görüşünü, intellektual səviyyəsini, zehni inkişafını stimullaşdırmaq,asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə keçirildiyini diqqətə çatdırdı. Bildirildi ki, Sumqayıtda aparılan geniş miqyaslı yenidənqurma və abadlıq işləri hər bir sakini sevindirirvə görülən işlər şəhərin 70 illik yubileyinə öz töhfəsini verməkdədir.
Gərgin və maraqlı şəraitdə keçən yarışın sonunda fərdi mübarizədə I yerə Rzalı Nərmin, II yerə Pirməmmədova Vəfa, III yerə isə Səfərova Xəyalə, komanda yarışlarında I yerə “Gənc Sumqayıt” komandası, II yerə “Sumqayıt 70”  komandası, III yerə “Kimyaçılar komandası” layiq görüldülər.
Qaliblərə Baş İdarənin fəxri fərman, kubok, medal vəhədiyyələri təqdim olundu.

"Gənc Sumqayıt” qalib oldu - FOTO

"Gənc Sumqayıt” qalib oldu - FOTO

"Gənc Sumqayıt” qalib oldu - FOTO

 

"Gənc Sumqayıt” qalib oldu - FOTO

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər