Gənclər Düşərgəsi sona çatdı

668

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı və “TƏBİƏT DOSTLARI” Gənclər İctimai Birliyi “Gənclərin sağlam həyat tərzinin formalaşmasında sağlam qida və idmanın rolu” adlı layihəyəsi daxilində Bakı, Gəncə və Sumqayıt şəhərlərindən 30 nəfər gənc seçilərək Oğuz rayonunda 29 mart – 1 aprel tarixində 4 günlük “Gənclər Düşərgəsi” sona çatdı.

Məqsədi gənclər arasında Sağlam həyat tərzi və sağlam qidalanmanı təbliğ etmək və gənclərin sağlam həyat tərzinin formalaşmasında velosipedi təbliğ etmək olan bu layihə zamanı “Gənclər Düşərgəsi” daxilində iştirakçılar təlimçi Sərxan Şükürov tərfindən keçilən “SHT-nin əsas şərtləri: Fiziki və Psixi sağlamlıq” və təlimçi Anar Məmmədov tərəfindən keçilən “SHT elementləri” adlı sessiyaların dinləyicisi oldu.

Sonrakı mərhələdə iştirakçılar öz regionlarına qayıdaraq yerli məktəb və uşaq evlərində təlimlər keçəcəklər. Həmçinin layihə çərçivəsində iştirakçıların Bakıda, Gəncədə və Sumqayıtda sağlam həyat tərzi mövzusunda təlimlərin keçirilməsi və velosiped yürüşlərin təşkili planlaşdırılır. Bölgələrdə təlimlər bitdikdən sonra Bakı şəhərində ümumi layihənin nəticəsi və uğurlarını nümayiş etdirən foto sərgi təşkil olunacaq.

Qeyd edək ki, bundan əvvəlki illərdə də sağlam həyat tərzinə aid və ekologiyaya dair müxtəlif layihələr həyata keçirilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər