Gənclər təşkilatlarının fəaliyyəti müzakirə olunacaq

710
İctimai həyatda qeyri-hökümət təşkilatlarının davamlı fəaliyyəti ictimai sektorun inkişafını şərtləndirən amillərdən biridir. İnkişaf tempi baxımından tələbə-gənclər təşkilatları qeyri-hökümət gənclər təşkilatlarından daha zəifdir. Bu baxımdan Sumqayıtda gənclər təşkilatlarının həyata keçirdiyi tədbirlərin və layihələrin sayı təşkilatlar tərəfindən qeyri bərabər paylanılmışdır. Belə ki, bir çox təşkilatlar heç bir tədbir keçirə bilmədiyi halda, digər təşkilatlar bir ildə bir neçə dəfə tədbir və ya layihə həyata keçirmişdir. Bunlar əsasən dəyirmi masa və seminar xarakterli tədbirlər olmuşdur. Təşkilatların inkişafı üçün davamlı maliyyə yardımı olmalıdır. Bu cür problemlər Sumqayıt QHT-lərinin əksəriyyətində vardır. Bu qəbildən olan problemlərdən çıxış yoluna necə tapmaq olar? Gənclər hansı dayanıqlı donorlara müraciət etməlidir? Sumqayıtda yeni təşkilatlara ehtiyac varmı? və . s bu kimi suallara cavablandırmaq üçün Sumqayıt şəhərinə Gənclər üçün Təhsil Mərkəzinin direktoru Vüsal Quliyev dəvət olunubdur. Görüş sentyabrın 12-si saat 12:00-da Sumqayıt İcma məlumat mərkəzi mərkəzinin ofisində keçiriləcəkdir.
Görüşün əsas məqsədi Sumqayıt şəhərində fəaliyyət göstərən və zəif təşkilatlanmış gənclər təşkilatlarının bacarıqları artırmaq yollarını müzakirə etmək, onların yeni ideyalarının həyata keçirilməsinə və gənclərin təşkilatlanmasına köməklik göstərməyin yollarını axtarmaqdadır.
Görüşdə iştirak etmək istəyənlər bu nömrələrlə əlaqə saxlasınlar :
(055) 623 58 79 (Orxan Səlimov)
(055) 745 09 89 (Zaur Ağazadə)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər