Generallar Abşeronda yanğın ərazisindədir – YENİLƏNİB + VİDEO

1612

Ceyranbatan qəsəbəsində “Ceyranbatan” su anbarının yaxınlığında quru ot və kol-kos yanması nəticəsində qeydə alınan yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Oxu.Az xəbər verir ki, hazırda FHN-in nazir müavinləri general-leytenant Etibar Mirzəyev və Tapdıq Əmiraslanov, habelə nazirliyin digər aidiyyəti vəzifəli şəxsləri yanğın olan ərazidədirlər.

12:20

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində “Ceyranbatan” su anbarının yaxınlığında yanğınsöndürmə işləri davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğının söndürülməsi üzrə əməliyyata nazirliyin Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

11:40

Bakının Xətai rayonunda və Abşeronda yanğın baş verib.

Oxu.Az xəbər verir ki, sözügedən ərazilərdə qeydə alınan yanğınların görüntüləri sosial şəbəkədə yayılıb.

Belə ki, hadisələrdən biri Xətai rayonunun Günəşli qəsəbəsində, digər isə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində, “Ceyranbatan” su anbarının yaxınlığında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Oxu.Az-a açıqlamasında hər iki ərazidə quru otların yandığını deyib:

“Hadisə quru otların yanması səbəbindən baş verib. Əraziyə FHN-nin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Artıq qeydə alınan yanğınlardan biri söndürülüb, digər yanğının söndürülməsi istiqamətində işlər görülür”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər