GUAM nümayəndəsi: “Sumqayıtdakı seçki məntəqələrində olmuşuq, hər hansı irad yoxdur”

734

Azərbaycanda növbədənkənar prezident seçkiləri demokratiya və şəffaflıq normaları çərçivəsində keçirilir.

“Report” xəbər verir ki, bunu GUAM nümayəndə heyətinin tərkibində seçkiləri müşahidə etmək üçün Azərbaycana gələn Ukrayna Ali Radasının deputatı Mixail Papiyev deyib.

“Biz artıq Sumqayıtdakı seçki məntəqələrində olmuşuq, indi Bakıdayıq. Müşahidələrimiz zamanı vətəndaşlarla əlaqə saxlamışıq, seçkilərlə bağlı hər hansı irad yoxdur. Hər şey demokratik normalar çərçivəsində həyata keçirilir”, – o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda seçkilər beynəlxalq seçki standartlarına tam uyğundur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər