Hacı Beyləqanski qadın kalonuna göndərilib? – Rusiya KİV-lərindən sensassion iddia

1627

Bir qədər əvvəl Moskvada həbs olunan azərbaycanlı qanuni oğru Hacı Beyləqanskiylə bağlı sensasion məlumat yayılıb.

Musavat.com-un Rusiya KİV-lərinə istinadən məlumatına görə, dünən Hacı Beyləqanski Rusiya paytaxtında yerləşən 6 saylı istintaq təcridxanasına köçürülüb. Məslənin sensasiya tərəfi odur ki, paytaxtın Şosseynaya küçəsində yerləşən bu təcridxana qadınlar üçün nəzərdə tutulub. Rusiya pentensiar xidmətinin bu addımı niyə atdığı barədə heç bir məlumat verilmir. Amma qeyri-rəsmi məlumata görə, bu onun sındırılması və təhqir olunması məqsədiylə atılıb.

Bu arada, primecrime.ru saytı yazıb ki, Lotu Quli Rövşən Lənkəranskinin bütün ətrafını məhv etməyənədək dincəlməyəcək. Elə Beyləqanskinin qadın kalonuna göndərilməsində də onun rolu olduğu iddia edilir.

 

b7c14e2f-ec7d-4bb5-99d3-89ffda7243d7.jpg (10 KB)

Moskvadakı 6 saylı qadın təcridxanası

Xatırladaq ki, 6 saylı qadın təcridxanası Moskvanın mərkəzində yerləşir. Onun rəisi dustaqlara qarşı qəddarlıqda ad çıxarmış Şubin Andrey Yuriyeviçdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər