Türkiyənin keçmiş futbolçusu və millət vəkili Hakan Şükür medianın gündəminə çevrilib.
Open.az xəbər verir ki, Hakan Şükürün atası Selmet Şükür həbs olunub.
Selmet Şükürün FETÖ terror qruplaşmasının üzvlərindən olduğu üçün 7 ildən 15 ilə qədər həbs olunacağı gözlənilir.
Məhkəmə prosesi fevralın 5-də başlayacaq.
Qeyd edək ki, Hakan Şükür məsələ ilə bağlı heç bir açıqlama verməyib.