Haluk İpək: "Seçici fəallığı Bakıda 30%, Sumqayıtda isə, təxminən, 60% təşkil edirdi"

1221

“Azərbaycanda Prezident seçkilərində yüksək seçici fəallığı müşahidə olunur”.

Bunu “Report”a Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) müşahidə missiyasının rəhbəri, Türkiyə parlamentinin deputatı Haluk İpək deyib.

“Aktivlik xüsusən səhər saatlarında gənclər arasında müşahidə olundu. Bir neçə məntəqəyə gedərkən artıq seçici fəallığı Bakıda 30%, Sumqayıtda isə, təxminən, 60% təşkil edirdi”, – o qeyd edib.

“Bakı və Sumqayıtda seçki prosesini izlədik. Deyə bilərəm ki, seçkilər çox sakit şəraitdə keçirilir”, – H.İpək deyib.

O qeyd edib ki, müşahidə zamanı heç bir pozuntuya rast gəlinməyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər