Hamamda vəziyyəti pisləşdi

750

Sumqayitxeber.com saytı Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər beşmərtəbəli yaşayış binasının damından enərək  3-cü mərtəbədə yerləşən həmin mənzilə daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilən zaman zərərçəkmiş hamam otağında xəstə vəziyyətdə aşkarlanmışdır. Vətəndaşa xilasedicilər tərəfindən müvafiq yardım göstərilmişdir. Əməliyyat saat 16:22-də başa çatmışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər