Hanı sülhdən danışan beynəlxalq təşkilatlar?

664

“Kəlbəcər rayonunda iki jurnalistin minanın partlaması nəticəsində şəhid olması xəbərinə çox kədərləndim. Hər birinin yaxınlarına başsağlığı verirəm. Allah rəhmət eləsin. Çox ağır xəbər oldu”. Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, həmkarımız, Əməkdar jurnalist İmamverdi İsmayılov bildirib.

Deputat məsələ ilə bağlı  beynəlxalq təşkilatlara səslənib:

“Hani sulhdən danışan beynəlxalq təşkilatlar?! Hara baxırsız?! Niyə Ermənistana minalanmış ərazilərin xəritələrini verməsi üçün səslənmirsiz?! Hər gün işğaldan azad edilmiş ərazilərdə günahsız insanlar həlak olur. Siz isə susursuz. O  jurnalistlər aylardır ki, xidməti vəzifələrini yerinə yetirirdilər. Erməni vandalizmini dünyaya çatdırırdılar”

İmamverdi İsmayılov minaya düşən jurnalistlərdən birinin işğaldan azad edilmiş Qubadlı rayonundan olduğunu da xatırladıb:

“Bu xəbər çox ağır xəbər oldu. Hər birimiz üzüldük. Ancaq mənə təsir edən məqam jurnalistlərdən birinin deputatı olduğum və mənə bir köynək yaxın olan Qubadlıdan olması idi. 30 ilə yaxın müddətdə ata-baba yurdumuza getməyə həsrət qalmışdıq. Həmkarım da hamımız kimi  öz ata baba yurduna qayıdacaqdı. Təəssüf ki, düşmən təxribatı buna imkan vermədi”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər