ABŞ-ın Nevada ştatının Atletika komissiyası UFC 229 turnirində irlandiyalı idmançı Konor Makqreqor üzərində qələbə qazanan rusiyalı Həbib Nurməhəmmədova qazandığı mükafatı ödəməyəcək.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda UFC-nin rəhbəri Deyna Uayt bildirib.
“O, bütün məbləği götürə bilməyəcək. Həbib öz çempionluq kəmərini saxlayacaq, ancaq diskvalifikasiya ediləcək. Ehtimal ki, bu, 4-6 ay müddətlik olacaq”, – o deyib.
Qeyd edilir ki, həmçinin rusiyalı ABŞ ərazisində döyüşlər keçirə bilməyəcək və başqa ölkələrdə yarışlara dəvət edilməyəcək.
Qeyd edək ki, Həbib Nurməhəmmədov qələbəyə görə 2 milyon dollar almalı idi. Sayt qeyd edib ki, idmançıya 250 min dolların ödəniləcəyi gözlənilir.