Həbs edilən icra başçısının oğlu işdən çıxarılıb

1153

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyevin oğlu, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Ramal Quliyev işdən çıxarılıb.

“Report”un məlumatına görə, bunu Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, Nizaməddin Quliyevin oğlu Ramal Quliyev idarənin əməkdaşı olub: “Ramal Quliyev öz müraciəti əsasında Baş Prokurorun müvafiq əmri ilə tutduğu vəzifədən azad olunub”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər