Hədə-qorxu gələn sayt rəhbərləri həbs olundu

708

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən “Baku news” saytının rəhbəri Mirkənan Seyidov və “infoplyus.tv” saytnın rəhbəri Cəlal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

sumqayitxeber.com-un E-huquq.az-a istinadən xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə C.Məmmədov 5 il 3 ay və M.Seyidov isə 5 il müddətinə azadlıqdan məhrum edilib. Barələrində seçilmiş polisin nəzarəti qətimkan tədbiri ləğv edilib və sayt rəhbərləri məhkəmə zalından həbs olunub.

İttiham aktına əsasən, M.Seyidovla C.Məmmədov “Antalya Mehman” ləqəbi ilə tanınan Mehman Həsənova qarşı hədə-qorxu ilə pul tələb ediblər.
İstintaq dövründə təsqirləndirilən şəxslər barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib.

Xatırladaq ki, M.Həsənov hazırda qadınları fahişəliyə cəlb etmədə təqsirli bilinir. Onun cinayət işi üzrə məhkəməsi Nəsimi Rayon Məhkəməsində araşdırılır. Bu cinayət işində 10 zərərçəkmiş var.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər