Azərbaycan ordusunun düşmən üzərindəki üstünlükəri xalqda böyük ruh yüksəkliyi yaradır. Orduya dəstək məqsədilə xalq könüllü səfərbərliyə gedir, əsgərlərin ərzaq, su və s. ehtiyaclarını ödəmək üçün yardımlar edir, yaralılara kömək üçün qan verməyə çalışırlar. Bunlarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən şirkətlər də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr etməklə ordumuza və dövlətimizə dəstək kampaniyasını həyata keçirirlər.
Sumqayıt şəhərində fəaliyyət göstərən şirkətlər də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr etməklə ordumuza dəstək olurlar.
“Tabaterra”Qapalı Səhmdar Cəmiyyəti Ermənistanınnövbəti hərbi təcavüzünün qarşısının alınması, mülkiəhalinin təhlükəsizliyinin təmin edilməsi və işğalaltında olan torpaqlarımızın geri qaytarılması üçünşanlı ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək olmaq məqsədi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna 1 Milyon manat vəsait köçürüb.
Sumqayıt Texnologiyalar Parkı Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürdüb.
Sumqayıt Dövlət Universiteti 52 min, “Karvan” MMC 50 min, Fin Plast 10 min manat və digər şirkətlər və fərdi şəxslər müxtəlif məbləğlərdə ianələr ediblər. New City MTK 25 min manatlıq sovqat göndərib.
Silahlı Qüvvələrə Yardım Fondunun bank rekvizitlərini təqdim edirik
Bankın adı: | Azərbaycan Respublikası Beynəlxalq Bankı Binəqədi filialı |
Bankın ünvanı: | Azərbaycan Respublikası, Bakı şəhəri Z.Bünyadov 30/12 bina 5A |
Bankın telefonları: | (012) 562 99 41, (012) 562 93 37 |
Kod: | 805584 |
VÖEN: | 9900001881 |
Müxbir hesab: | AZ03NABZ01350100000000002944 |
S.W.İ.F.T Cod: | IBAZAZ 2X |
Benefisiarın adı: | AR Müdafiə Nazirliyi (Silahlı Qüvvələrə Yardım Fondu) |
VÖEN: | 1300162621 |
Hesablaşma hesabları: | |
AZN | AZ98IBAZ38040019449930010202 |
ABŞ DOLLARI | AZ88IBAZ38140018409930010202 |
AVRO | AZ68IBAZ38140019789930010202 |
RUSİYA RUBLU | AZ08IBAZ38140018109930010202 |