Həmid Herisçi Sumqayıtlı gənclərlə görüşəcək

711

“İctimai Maraqlar naminə Vətəndaş Təşəbbüsü” Birliyinin və “Sumqayıt xəbər” qəzetinin (www.sumqayitxeber.com) birgə təşəbbüsü ilə yazıçı-publisit Həmid Herisçi Sumqayıt gəncləri ilə görüşəcək. İstər dövrü mətbuatda, istərsə də televiziyada mütəmadi olaraq ictimai tarixi mövzularda məqalə və verilişlərlə çıxış edən Həmid Herisçi yeni “Konspiroloq ” kitabını da təqdim edəcək, gəncləri maraqlandıran suallara cavab verəcək, istər dünya istərsə də Azərbaycan ədəbiyyatında yeni təmayüllərdən söz açacaq.

Görüşdə həmçinin müəllifin kitablarının avtoqrafla satışı da təşkil olunacaq.

Görüş Yanvar ayının 15-də saat 15:00-da Potensial SMB-nin Konfrans zalında keçiriləcək.

Ünvan: Sumqayıt şəhəri, 12 mkr-n, Koroğlu prospekti 27a, Telefon : 65 6 58 26

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər