Həyat yoldaşını itirən rejissordan ürəkparçalayan sözlər: "Yaşamaq istəmirdim...."

1233

Rejissor Nail Naiboğlu şəxsi “Instagram” hesabında yeni status yazıb. 

baku.ws xəbər verir ki, rejissor əməkdar artist Tünzalə Əliyevanın “Yaşamaq, mübarizə aparmaq və gülümsəmək…” sözlərindən çox təsirlənib.

N. Naiboğlu yazdığı statusda bunları etiraf edib:

 “Gülümdən (həyat yoldaşı Gülər – red.) sonra yaşamaq istəmirdim. Amma, Gülümün mənə əmanət qoyduğu 2 mələk var ki, onları böyütməli idim. Gülümün arzularını real etməli idim. İndi onlara həm ata, həm də anayam! Çox çətin idi mənə bu 2 yükü daşımaq! Amma… Dünən rast gəldiyim dəyərli Tünzalə xanımın “Yaşamaq, mübarizə aparmaq və gülümsəmək…” sözləri məni həyata yenidən bağladı. Anladım ki, Allahın sınaqlarından gülə – gülə çıxmaq lazımdır. Çünki, dərdi verən də, alan da Allahdır. Allaha Şükür Edək!

Bundan sonra başqa Nail Naiboğlu gəlir qarşınıza! Bir ildir ki, sakit oturmuşam. Amma, siz məni unutmadınız! İnşallah, bundan sonra uğurlarımı uğurlarıma calayacağam. Bu, Gülümün də istəyi idi!

Allahdan sizə də can sağlığı diləyirəm, dəyərli bacım Tünzalə”.

Xatırladaq ki, rejissorun həyat yoldaşı ötən ilin oktyabrında dünyasını dəyişib. N. Naiboğlunun 2 övladı var.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər