“Həyatdan şəkilə” adlı fotomüsabiqəyə start verilir

454

“Ailəm” layihəsi çərçivəsində keçiriləcək fotomüsabiqənin əsas məqsədi ailə institutunun möhkəmləndirilməsi, müsbət ailə dəyərlərinin təbliği istiqamətində fotoşəkillərdən ibarət arxivin yaradılması və cəmiyyət üzvlərinə təqdim edilməsidir.

Müsabiqədə iştirak etmək istəyən hər bir şəxs “Milli-mənəvi dəyərlər, ailə dəyərləri, adət-ənənələr, vətənpərvərlik, sağlam ailə münasibətləri, ailə mədəniyyəti, ailə üzvləri arasında ünsiyyət, ailələrin asudə vaxtının birgə və səmərəli keçirilməsi” mövzularında fotoşəkilləri və iştirakçı anketini (link vasitəsi ilə əldə etmək mümkündür) 27 fevral 2024-cü il tarixdən 1 aprel 2024-cü il tarixədək heyatdan.shekile@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.

Fotoşəkillərin qəbulu bitdikdən sonra Dövlət Komitəsinin “Facebook” səhifəsində yerəşdiriləcək və izləyicilər tərəfindən ən çox bəyənmə alan ilk 3 fotoşəkil qalib seçiləcək.

Qaliblərin elan edilməsi 2024-cü ilin 15 may tarixinə qədər Komitənin sosial media səhifələri vasitəsi ilə həyata keçiriləcək.

Hər kəsi müsabiqədə iştirak etməyə və ailə dəyərlərinin təbliğinə dəstək göstərməyə dəvət edirik.

Hər kəsi müsabiqədə iştirak etməyə və ailə dəyərlərinin təbliğinə dəstək göstərməyə dəvət edirik.

Anket

Əsasnamə

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər