Heydər Əliyev – müasir Azərbaycan dövlətinin əbədiyaşar memarı

2031
Azərbaycan dövlətinin tarixi və taleyi Ulu Öndərin adı ilə sıx bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində inkişaf, dirçəliş olmuşdur. Məhz Heydər Əliyev Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.
Heydər Əliyevin 1969- cu ilin iyul ayının 14- də Azərbaycan Respublikasına rəhbər təyin edilməsini taleyin Azərbaycan xalqına bir bəxşişi idi. Bu hadisə ölkəmizin tarixində uzunmüddətli və sürətli inkişafın əsasını qoydu. Sovеt rеjiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan Hеydər Əliyеv Azərbaycanı düşmüş olduğu ağır vəziyyətdən çıxarmaq üçün qətiyyətli addımlar atmağa başladı. Ulu öndər 1969-1982-ci illərdə milli kadr hazırlığı məsələsinin həllinə, təhsil şəbəkələrinin genişləndirilməsinə, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə nail oldu. 1969-1982-ci illərdə Hеydər Əliyеv bütün sahələrdə digər sovеt rеspublikaları ilə muqayisədə dəfələrlə gеri qalan bir rеspublikanı dirçəltmək missiyasını yеrinə yеtirməli oldu. Azərbaycana rəhbər təyin olunan Heydər Əliyev respublikanın geriqalma səbəblərini dərindən araşdıraraq, dahiyanə uzaqgörənliklə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və onların icrasına başlandı. Cəmiyyətin sağlam qüvvələrini, mövcud resursları səfərbər edərək respublikanı tərəqqi və inkişaf  yoluna çıxardı.
Ümummilli lider Heydər Əliyev həyatının Moskva dövründə də respublikamızın inkişafına dəstək xalqımızın böyük oğlunun fəaliyyətində prioritet olmuşdur. Xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər tariximizin olduqca məsuliyyətli və taleyüklü mərhələsində ölkəni məhv olmaqdan qurtardı. Heydər Əliyevdən sonra ölkəmizin sürətli inkişafı Ümummilli Liderin ideyalarının həyata keçirilməsinin birbaşa təntənəsi olduğu kimi, həm də onun siyasi varisi Azərbaycan respublikasının Prezidenti Cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq dəyərlidir. Hazırda Heydər Əliyev siyasi kursunu uğurla və inamla davam etdirən respublika prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə  ölkəmiz Qafqazda lider dövlətə çevirmiş, inkşaf etmiş dövlətlər sırasına çıxmışdır.
Ulu  Öndər Heydər  Əliyev siyasətinin alternativi olmadığını tam sübuta yetirmişdir. Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  cənablarının  apardıgı  daxili  və  xarici  siyasətin ugurları göz önündədir. Bu uğurlu siyasət nəticəsində torpaqlarımız işğaldan azad olundu və məcburi köçkünlər doğma yurd-yuvalarına nəinki qayıtmaq, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərində fəal iştirak etmək əzmində olduqlarını daim bildirirlər.
Raya Məmmədxanlı
YAP Sumqayıt şəhər təşkilatının Sumqayıt şəhəri 9 nömrəli tam orta məktəb ərazi partiya təşkilatının sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər