HEYDƏR ƏLİYEVİN SUMQAYIT SƏFƏRLƏRİNİN İQTİSADİ-TARİXİ ƏHƏMİYYƏTİ

343

ŞƏFA ƏLİYEV, professor, iqtisad elmləri doktoru.

1969-cu ildə Azərbaycan Respublikasının rəhbərliyinə başla­mış ulu öndər Heydər Əliyevin respublika iqtisadiyyatının in­kişaf dinamikasının sürətləndirilməsi və sosial-iqtisadi inkişa­fın intensivləşdirilməsində tarixi rolu olmuşdur. Belə ki, Heydər Əliyevin təşəbbüsləri sayəsində 1970-80-ci illərdə Sum­­qayıtda sənaye mərkəzinin yenidən qurulması, yeni istehsalat sahələ­rinin, müəs­sisələrin yaradılması, daha məhsuldar və səmərəli texno­lo­ji qurğuların istismara verilməsi, bunlarla bərabər mövcud istehsalatların yenidən qurulması tədbirləri geniş həcm­də həyata keçirilmişdir. Sumqayıt şəhərinin sənaye poten­sialında kimya müəssisələrinin rolunu və, ümumiyyətlə, bu sənaye sahəsinin respublika üçün əhəmiyyətini nəzərə alan Heydər Əliyev vaxtilə qeyd edirdi ki, kimya sənayesi respublika üçün mühüm əhəmiyyəti olan proqressiv bir sahədir, bu səbəb­dən də yeni kimya müəssisələrinin inşa edilib mənimsənilməsində geridə qalmaq, hər hansı bir lənglik yolverilməzdir. Bu cür yanaşma həmin dövrdə demək olar ki, Sumqayıtın sosial-iqtisadi inkişafının sürətləndirilməsində, onun sənaye potensialı­nın artırılmasında, yeni müəssisələrin yaradıl­masında, şəhər təsərrüfatının inkişaf etidirilməsində əsas götürülmüşdü. Ulu öndər Sumqayıtı daim diqqət mərkəzində saxlayırdı və həmin dövrdən başlayaraq, müstəqillik bərpasından sonrakı dövrlər də nəzərə alınmaqla, 16 dəfə Sumqayıta səfər etmişdir və onun hər dəfə Sumqayıtda olmasından sonra şəhərin sosialiqtisadi inkişafına yeni təkan verilmiş, şəhərin dayanıqlı və tarazlı inkişafı üçün zəruri tədbirlər görülmüşdür.

İlk dəfə (I Səfər) Ulu Öndər Azərbaycan Respublikasının rəhbəri kimi Sumqayıta 1971-ci ilin aprel ayının 7-də səfər etmiş və Rumi­niyanını nümayəndə heyəti ilə “Üzvi Sintez” zavodunda olmuş, sovet-rumin dostluğu mitinqində iştirak etmişdi.

Heydər Əliyev Sumqayıtda “Üzvi Sintez” zavodunda (7 aprel 1971-ci il)

Həmin dövrdə “Üzvi Sintez” zavodu keçmiş SSRİ-nin və Avropanın ən iri kimya kombinatlarından hesab olunurdu. Heydər Əliyev bu sahənin inkişafı və sonrakı dövrlərdə daha geniş potensialın formalaşdırılması istiqamətində zəruri tapşı­rıq və tövsiyələrini verməklə, sonrakı illərdə Sumqayıtın, onun sənaye müəssisələrinin daha sürətli inkişafı üçün ruh yüksəlikliyi yaratdı, əsaslı zəmin formalaşdırdı. Belə ki, Heydər Əliyev “Üzvi Sintez” zavodunun sexlərini gəzərək, buraxılan məhsul­ların keyfiyyəti, insanların iş, məişət şəraiti ilə maraqlanmışdı. Məhz onun məsləhəti ilə Sumqayıtda 1971-ci ildə “Kompres­sorlar” zavodu istifadəyə verilmişdir. Yaponiyanın “Nippon Elektrik İndustri” şirkətinin lisenziyası, avadanlığı əsasında qu­rul­muş müəsissədə soyuducular və dondurucular üçün motor-kompressor istehsal olunurdu. Heydər Əliyevin bu gəlişi ilə Sumqayıtda sosial-iqtisadi inkişaf daha da sürətləndi, 1972-ci ildə Ticarət Mərkəzi, Göz xəstəxanası, 12 mərtəbəli yaşayış bi­nası tikilib istifadəyə verildi və 12-ci mikrorayonun bünöv­rəsi qoyuldu.

30 noyabr 1973-cü ildə Heydər Əliyev ikinci dəfə Sumqayıtda olmuşdur (II Səfər). Bu səfər zamanı əsas məqsəd – nəhəng metallurgiya zavodu olan – “Azərbaycan Boru-Prokat Zavodu”nda vəziyyətlə yerində tanış olmaq idi və metal­lurq­larla görüşərək, öz irad və təkliflərini bildirmişdir.

Heydər Əliyev Sumqayıtda “Azərbaycan Boru-Prokat” zavodunda
(30 noyabr 1973-cü il)

Metallurgiya müəssisələri ilə yanaşı, Sumqayıtda toxuculuq müəssisələtinin tikintisinin başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar vermişdir. Azərbaycan Boru-Prokat zavodunun Par­tiya Komitəsinin Konfransında çıxışı zamanı Heydər Əliyev demişdir: “Hər dəfə zavoda gələndə, yəqin edirsən ki, burda təqribən 20 millətin nümayəndələrindən ibarət səmimi kollektiv çalışır. Kollektivin işi heç də həmişə rəvan getməmişdir. Məsələn, 1969-cu ildə zavod acınacaqlı vəziyyətdə idi. Buna görə də biz müəssisədə işlərin vəziyyəti ilə dərindən maraqlanmağa, geriliyin səbəblərinin aşkara çıxarmağa və bu geriliyin aradan qaldırmağın yollarını müəyyən etməyə məcbur oluruq… Zavodun rəhbərliyi möhkəmləndirildi və vəziyyət çox çəkmə­dən yaxşılaşdı… İşdə ciddi dönüş yaratmaq, təsərrüfatın idarə olunmasının intensiv metodlarına daha çox fikir vermək lazımdır. İqtisadi yüksəlişi təmin etmək üçün əmək məhsuldar­lığını artırmaq, elmi-texniki tərəqqini sürətləndirmək, mövcud istehsal qurğularından istifadə etmək, təsərrüfata sərf edilmiş hər manatın, işlədilən metalın və digər materialların hər tonu­nun daha çox səmərə verməsini təmin etmək lazımdır. Heydər Əliyevin bu proqram xarakterli çıxışı həmin dövrdə Sumqayıtda iri müəssisələrin bütün kollektivlərini və rəhbərliklərini səfərbər etdi, əmək və istehsalat intizamını gücləndirdi və ümumilikdə, şəhərin sosial-iqtisadi inkişafının intensivləş­di­rilməsinə əlavə stimullar verdi.

Növbəti, üçüncü dəfə, Heydər Əliyev Sumqayıtda 1974-ci il yanvar ayının 31-də olmuşdur və Sumqayıt Şəhər Partiya Təşkilatının XVIII Konfransında iştirak etmişdir (III Səfər).Bu Konfransda şəhərin sosial-iqtisadi inkişafındakı nöqsanlar açıq şəkildə verilmiş, xüsusilə, yeni yaşayış rayonlarının su və yanacaqla təchiz olunması məsələsinə məsuliyyətsiz yanaşanlar tənqid olunmuşlar. Gənclərlə aparılan işlərin gücləndiril­mə­sinin vacibliyi bildirilmişdir. Konfransda böyük nitq söyləyən Heydər Əliyev demişdir: “İqtisadiyyatın inkişafında, ictimai-siyasi həyatda, şəhər tikintisində Sumqayıt əməkçilərinin nailiy­yətləri şəksizdir… Boru-Prokat zavodunda, sintetik kauçuk zavodunda və, xüsusən, ötən il yarıtmaz işləmiş Sum­qayıt Kimya Sənayesi Müəssisələri Birliyində böyük ehtiyat mənbələri vardır. Kompressorlar zavodunun sənaye qurğula­rından yol verilməz dərəcədə ləng istifadə edilir, halbuki bu zavod üçün avadanlıq satınalınmasına dövlət xeyli valyuta sərf etmişdir. Ötən il əsas fondların işə salınmasına dair planını yerinə yetirməmiş Sumqayıt inşaatçılarının da öz işlərini yax­şılaşdırmaq üçün hər cür şərait vardır”. Təhlillər göstərir ki, məhz Heydər Əliyevin bu sağlam və obyektiv tənqidi nit­qindən sonra Sumqayıtda sosial-iqtisadi inkişaf xeyli intensivləşmişdir və təsadüfi deyildir ki, 1970-80-ci illəri Sumqayıtın sosial-iqtisadi inkişafında intibah dövrü kimi qiymətləndirilir. Həmin illər ərzində neft kimya kompleksi əsaslı surətdə yeni­ləşmiş və karbohidrogen ehtiyatlarından səmərəli inkişafı üçün xeyli iş görülmüşdür.

Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin I müavini Nikolay Tixonovla
birlikdə Sumqayıt “Superfosfat” zavodunda (28 fevral 1974-cü il)

 

Bundan əlavə, 1970-ci illərin əvvəllərində Sumqayıtda əha­linin məişət tələbatını ödəmək üçün yeni kimya müəssisələrin tikintisinə başlanıldı və artıq 1978-ci ildə Sumqayıtda istehsal olunan yuyucu tozların ümumi həcmi 120 minə çatmışdır və bu proseslərin reallaşdırılmasında Heydər Əliyevin təşəbbüsləri, tövsiyələri əhəmiyyətli rol oynamışdır. Bundan əlavə, Heydər Əliyevin “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” sözləri onun respublikanın gələcək inkişafı üçün fikir və layihələrinin genişliyindən, əhatəliliyindən söz açır.

Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin I müavini Nikolay Tixonovla
birlikdə Sumqayıt “Boru-Prokat” zavodunda (28 fevral 1974-cü il)

XX əsrin 70-80-ci illərində respublikamıza rəhbərlik edərkən, o, kimya sənayesinin inkişafına xüsusi əhəmiyyət verirdi. Məhz Heydər Əliyevin səyləri nəticəsində yaradılmış iri kimya müəssisələri təkcə Azərbaycan iqtısadiyyatının deyil, bütöv­lükdə, Zaqafqa­ziyanın inkişafında həlledici rol oynamışdır. Heydər Əliyevin uzaqgörənliyi və müdrikliyi ondadır ki, o, lazım olan strateji qərarları vaxtında qəbul edir və onları ən qısa müddətdə həyata keçirir. Ölkə rəhbərinin bilavasitə təşəbbüsü ilə respubli­ka­mızda geniş istehsal olunan bəzi kimyəvi məhsulların əhəmiy­yətini xüsusi qeyd etmək lazım gəlir. Respublikamızın su hövzə­lərində su xlor vasitəsilə təmizlənir, neft sənayesində və istilik-elektrik stansiyalarında isə natrium qələvisindən istifadə edilir. Son illərədək yuyucu vasitələrin istehsalında əsas xam­mal kimi sulfanoldan istifadə olunurdu. Respublikanın müəssi­sə­lərində istehsal olunan bu məhsullar Azərbaycanın ehtiyaclarını təmin etməklə yanaşı, müxtəlif xarici ölkələrə də ixrac edilirdi.

Heydər Əliyevin Sumqayıta növbəti səfər­lərindən biri –IV Səfəri1974-cü il 28 fevralda baş vermişdir, o, SSRİ Nazirlər Soveti sədrinin I müavini N.Tixonovla birlikdə Sumqayıta gəlmiş və Azərbaycanın qara metallurgiya sənayesi­nin flaqmanı olan “Boru-Prokat” zavodunda və “Kimya sənaye­si” İB-də olmuşdur.

Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin I müavini Nikolay Tixonovla birlikdə Sumqayıt “Kimya sənayesi” İstehsalat Birliyində (28 fevral 1974-cü il)

 

Bu səfər zamanı Azərbaycanın kimya sənayesinin ən dəyərli qurğularından biri olan – “EP-300” qurğusunun Sumqayıtda tikilməsi haqqında təklif verilmişdir və sonralar çətinliklə də olsa, bu unikal qurğunun Sumqayıtda tikintisi başa çatdırıl­mış­dır. Heydər Əliyevin Sumqayıta V Səfəri isə 1974-cü il noyabr ayın 27-də baş vermişdir. Həmin səfər zamanı Heydər Əliyev Sumqayıt şəhərinin 25 illik yubileyi ilə əlaqədar təşkil olunmuş təntənəli iclasda nitq söyləmişdir: “Xəzər dənizinin kimsəsiz sahilində salınmış Sumqayıt indi Respublikasının ikinci sənaye şəhəridir: burada güclü müasir müəssisələr, gözəl evlər, enli və yamyaşıl küçələr və prospektlər, çoxlu elm ocağı, tədris müəssisəsi və mədəni-maarif ocağı vardır… Sumqayıtda ən mü­tə­rəqqi, ən perspektivli ağır sənaye sahələrinin müəssisələri ya­radılmışdır və bunlar elmi-texniki tərəqqini daha da geniş­ləndirmək üçün yaxşı bünövrədir. Sumqayıtın yaranması Azərbaycan iqtisadiyyatında yeni sənaye sahələrinin – qara və əlvan metallurgiyanın, kimya sənayesinin və başqa sənaye sahələ­rinin yaranıb inkişaf etməsi demək idi”. Sonrakı dövr­lərdə Sumqayıtın intensiv inkişafında, şəhər təsərrüfatının maddi-texniki bazasının gücləndirilməsində, geniş sahədə şəhər dənizkənarı parkının salınmasında, müəssisələrin fəaliyyə­tinin daha da gücləndirilməsində Heydər Əliyevin bu tapşırıq və tövsiyələrin önəmli rolu olmuşdur. Həmin dövrdə Azərbay­can və keçmiş SSRİ-də kənd təsərrüfatının inkişaf etidirilməsi üçün böyük həcmdə kənd təsərrüfatı gübrələri tələb olunurdu. Buna görə də, Heydər Əliyevin rəhbərliyi və tapşırığı ilə bu istiqamətdə ardıcıl və güclü işlər aparılmışdır. Onun sayəsində 1975-ci ildə texnoloji avadanlıqları xaricdən gətirilən və illik istehsal gücü 450 min ton olan sulfat turşusu istehsalatı yara­dılmışdır və “Superfosfat” zavodunda 1980-83-cü illərdə Zaqaf­qa­ziyada ilk dəfə olaraq, dənəvər superfosfat güb­rələri istehsal edən texnoloji kompleks istismara verilmişdir.

Növbəti dəfə VI Səfəriçərçivəsində Heydər Əliyev Sumqayıtda 1978-ci il yanvar ayının 25-də olmuşdur.

Heydər Əliyev Sov.İKP MK katibi M.V.Zimyaninlə birlikdə Sumqayıtda
(25 yanvar 1978-ci il)

 

O, Sumqayıta Sov.İKP MK katibi M.V.Zimyaninlə birlikdə gəlmiş və Azərbaycan “Boru-Prokat” zavodunun metallurqları ilə görüşmüşlər. Heydər Əliyev M.Zimyaninlə birlikdə zavodun əsas sexlərini gəzmiş, avtomat boru prokatı stanının işini izləmiş, metallurqların məişət otaqlarında olmuş, tikilmədə davam edən fabrik-mətbəxə baxmış, fəhlələrlə söhbət etmişlər. Daha sonra Neft və Neftkimya Sənayesində Kompleks Avtomat­laş­dırma İnstitutunda alimlərin yaratdıqları cihazlara bax­mışlar.

VII Səfərçərçivəsində Heydər Əliyev 1979-cu il oktyabr ayın 5-də SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin birinci müavini V.V.Kuznetsov ilə birlikdə Sumqayıta gəlmişlər. Onlar Sum­qayıtda “Boru-Prokat” zavodunda, şəhərin sənaye müəssi­sələ­rində istehsal olunan məmulat nümunələrinin top­landığı sərgi­də olmuş, şəhəri gəzmiş və kolxoz bazarında olmuşlar.

Heydər Əliyev SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin birinci müavini V.V.Kuznetsov ilə birlikdə Sumqayıtda “Boru-Prokat” zavodunda

 (5 oktyabr 1979-cu il)

Bundan əlavə, “Boru-Prokat” zavodunun marten sexində poladəridənlərlə söhbət aparmışdır. Burada Heydər Əliyev öz çıxışında qeyd etmişdir ki: “Son illərdə müəssisədə böyük dəyişikliklər olmuş, səmimi kollektiv yaranmış, sağlam mənəvi-siyasi şərait bərqərar olmuşdur”. 1980-ci illərin əvvəl­lə­rində artıq Sumqayıt güclü sənaye mərkəzi ilə yanaşı, hərtərəfli inkişaf edən bir şəhərə çevrilməkdə idi. Şəhər təsərrüfatı dinamik inkişaf edir, küçələr və prospektlər daha da abad­laşdırılır və genişləndirilir, ən əsası yeni yaşayış massivlərinin və mikrorayonlarının tikintisi sürətləndirilmişdi. Nəqliyyat, təhsil və səhiyyə sistemlərinin maddi-texniki bazası xeyli gücləndirilmişdi.

Heydər Əliyevin Sumqayıta növbəti səfərlə­rin­dən birində, – VIII Səfərində, – 1981-ci il aprel ayının 8-də o, Sumqayıtın bir sıra sənaye obyektlərində və sosial-mədəni obyektlərdə fəhlələrlə, mütəxəssislərlə, şəhər sakinləri ilə görüşmüşdür. Heydər Əliyev xovlu iplik halına düşən məhsulun hazırlanması texnologiyası ilə maraqlanmışdır. Sonra, Sumqayıt alüminium zavoduna gələrək, zavodun layihə səviyyəsinə çatdı­rılmasını nəinki sürətləndirmək, həm də onun gücünü xeyli artırmaq vəzifəsini irəli sürdü. İstehsal sahələri ilə yanaşı, Heydər Əliyev “Aygün” adlı yeni məişət evində, uşaq şahmat məktəbində oldu, yaşayış məhəllərini gəzərək sakinlərlə görüşdü, həmçinin Xəzərin sahilində yaradılan kütləvi istirahət zonası ilə tanış oldu, öz tapşırıq və tövsiyələrini verdi.

Heydər Əliyev Sumqayıt “Üst trikotaj fabriki”ndə (8 aprel 1981-ci il)

1981-ci il aprel ayının 9-da isə Heydər Əliyevin Sumqayıta IX Səfəribaş tutdu. Həmin səfər çərçivəsində o, Səməd Vurğun adına mədəniyyət sarayında keçirilən şəhər partiya fəalları yığıncağında nitq söylədi. Heydər Əliyev qeyd etdi ki: “Sumqayıt sənaye şəhəridir, Respublika sənaye istehsalının ümumi həcmində onun xüsusi çəkisi sanballıdır – 11 faizdən artıqdır, sənaye potensialı bir milyard manatı ötüb keçmişdir, təbiidir ki, sənaye istehsalı planlarının Respublika tərəfindən tamamilə və artıqlaması ilə yerinə yetirilməsi Sumqayıt sənaye kompleksinin bundan sonra necə işləməsindən xeyli dərəcədə asılı olacaqdır… Buna görə də, şəhər sənayesinin təkmil­ləş­dirilməsinə dair daha geniş proqram elmi-texniki tərəqqinin nailiyyətlərinə tam müvafiq şəkildə həyata keçirilməli və istehsalın ümumi həcmində son məhsulun xüsusi çəkisinin ardıcıl sürətdə artırılması təmin edilməlidir”. Bu bir daha göstərir ki, 1970-80-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə Sumqayıtda aparılan davamlı və dayanıqlı sosial-iqtisadi inkişaf prosesləri, xüsusilə Sumqayıtın güclü sənaye mərkəzinə çevrilməsi proqramı artıq 1980-ci illərin əvvəl­lərində yerinə yetirilmiş hesab oluna bilərdi.

Heydər Əliyev Sumqayıtda S.Vurğun adına mədəniyyət sarayında şəhər partiya fəalları yığıncağı iştirakçıları ilə birlikdə müəssisələrinin istehsal etdikləri məhsul nümunələri ilə tanış olarkən (9 aprel 1981-ci il)

Belə ki, bu dövrə Sumqayıt ölkənin çox mühüm sənaye mərkəzinə çevrilmiş və burada sənayenin strukturunda çoxlu sayda rəqabətqabi­liy­yətli, xarici ölkələrə, keçmiş SSRİ-nin çoxsaylı ölkələrinə məh­sullar göndərilməkdə idi. Əgər, kiçik bir müqayisə aparsaq həmin dövrdə Sumqayıtda sənaye istehsa­lının həcminin pulla ifadəsində dəyərinin ABŞ dolları ekvivalentində 1,3 – 1,4 mlrd. dollar səviyyəsində olduğunu nəzə­rə alsaq, bu rəqəmin nə dərəcədə yüksəj bir göstərici olduğunu görərik. Ulu öndər Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdə Sumqayıtın sosial-iqtisadi inkişafı ilə bərabər, şəhər əhalisinin yaşayış tərzinin sağlam köklər üzərində formalaş­dırılmasına, cəmiyyətin inkişafına, əmək kollektivlərinin birliyinə və həmrəylik prinsipləri əsasında fəaliyyət göstərmə­sinə, milli ruhda inkişaf etmələrinə ciddi önəm verirdi.

O, Sum­qayıta səfərlərinin birində -1982-ci il fevral ayının 12-də şəhərimizə X Səfər-ində Azərbaycan boru prokatı zavodunda keçirilən tədbirdə məruzə ilə çıxış etmişdir.

Heydər Əliyev Azərbaycan boru prokatı zavodunda keçirilən tədbirdə
məruzə ilə çıxış edərkən (12 fevral 1982-ci il)

 

Heydər Əliyev həmin çıxışında demişdir: “Bu gün razılıq hissi ilə qeyd etmək olar ki, 70-ci illər ərzində zavod kökündən dəyişilmişdir. Neçə ildir ki, onun kollektivi böyük ruh yüksəkliyi ilə çalışır, səmərəli əmək fəaliyyəti göstərir”. Uğurlarla yanaşı, bu iri müəssisənin Sumqayıtın və Azərbaycanın sənaye poten­sialında strateji əhəmiyyətini nəzərə alaraq həmin çıxışında Heydər Əliyev bildirmişdir ki, müəssisənin yenidən qurulmasına və daha da inkişaf etdirilməsinə dair proqramı daha fəal və ardıcıl surətdə həyata keçirmək lazımdır. Həmin tədbirdə Heydər Əliyev Sumqayıtdakı ekoloji problemlərlə bağlı məs­ələlərə də toxunmuşdur və qeyd etmişdir ki: “…Do­ğur­dan da Sumqayıtın havası kifayət qədər təmiz deyil­dir… Deməliyəm ki, ötən dövrdə az iş görülməmişdir. Xəzər dənizinə zərərli maddələr axıdılması, havaya zərərli qazlar buraxılması qat-qat azaldılmışdır. Bir sıra kimya istehsalatları ümumiyyətlə ləğv edilmişdir. Lakin, çirklənmə müəyyən dərəcədə hələ qalmaqdadır. Əvvəla ona görə ki, tədbirlərin heç də hamısı lazımınca və keyfiyyətlə həyata keçirilməmişdir, ikinci, bəzi müəssisələrdə təmizləmə sistemləri ayrı-ayrı işçilərin səhlən­kar­lığı və məsuliyyətsizliyi üzündən fasilələrlə işləyir. Ətraf mühitin mühafizəsi üçün vəsait ayrılmasında heç bir məhdudiyyət yoxdur, ayrılan vəsaitdən lazımınca istifadə edilməlidir”.

Heydər Əliyev Azərbaycan boru prokatı zavodunda keçirilən tədbirdə
(12 fevral 1982-ci il)

 

1970-85-ci illərdə Sumqayıtda sənaye kompleksinin struktu­runun genişləndirilməsində və onun gücünün əhəmiyyətli səviyyədə artırılmasında ən iri tarixli layihə kimi “EP-300” qurğusunun tikintisini göstərmək mümkündür və bu məsələdə Heydər Əliyev qətiyyəti və iradəsi həlledici rol oynamışdır. Belə ki, respublikanın kimya sənayesinin inkişafını yeni səviyyəyə qaldırmaq üçün 1970-ci illərin sonlarından başlayaraq, Sum­qayıtda – “Sintetik kauçuk” zavodunda yeni və unikal texnoloji kompleksin – “EP-300” qurğusunun inşası üçün geniş miqyaslı işlər başlamışdır. Bu qurğunun Sumqayıta gətirilməsində əsas məqsəd – Bakı neft emalı zavodlarının karbohidrogen xamma­lın­dan etilen və propilen istehsalının təşkil edilməsi idi. Amma, mərkəzdə – Moskvada bunu istəmirdilər və “EP-300” qurğu­sunun Sumqayıtda tikilməsini əngəlləyirdilər. Heydər Əliyevin prinsipiallığı və rəhbər qətiyyəti sahəsində keçmiş SSRİ rəh­bərliyinin razığı alınmış və “EP-300” qurğusunun Sumqayıta gətirilməsinə nail olunmuş, 1981-ci ildən inşaasına başlanılmış və 1987-ci ildə istismara verilmişdi. Həmin dövrdə, misilsiz dünya görüşünə və dahi zəkaya malik Heydər Əliyev “EP-300” kompleksinin əhəmiyyətini və perspektivliyini hamıdan çox və düzgün qiymətləndirmiş, respublikamızın kimya sənayesinin gələcəyinin məhz bu qurğudan asılı olduğunu dərinliklə anlamış və onun vacibliyini nəzərə alaraq, var quvvəsi ilə bu məsələnin həllinə nail olmuşdur. Bu texnoloji kompleksinin işə salınması ilə etilen, propilen, butilen-butadien fraksiyası, yün­­gül və ağır piroliz qətranı, propan kimi qiymətli kimyəvi məhsulların istehsalına baş­lanıldı. “EP-300” qurğusunun istismara veril­məsi ilə əlaqədar olaraq, fiziki cəhətdən köh­nəlmiş “EP-60” istehsalatdan çıxarldı. Həmin dövrdən baş­la­yaraq, “EP-300” qurğusunun sayəsində əldə olunan ya­rım­fabrikatlardan emal nəticəsində dünya bazarında tələbatın xü­susilə böyük olduğu müxtəlif kimyəvi məhsulları, o cümlədən güclü ixrac potensialı olan poletilen istehsal edilir.

Qeyd edək ki, ulu öndər Sumqayıta bütün səfərləri, o cümlədən sonuncu gəlişi dönə-dönə sübut etdi ki, xalqımızın ümumilli lideri Heydər Əliyevin fəaliyyətində Sumqayıt və sumqayıtlılara qayğı, diqqət xüsusi yer tuturdu.

İkinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra, artıq müstəqil Azərbaycanın Prezidenti kimi Heydər Əliyevin Sumqayıt şəhə­rinə ilk səfəri – ümumilikdə isə XI Səfər-i 1993-cü il 28 de­kabrda baş vermişdir. Bu səfər çərçivəsində əsas məqsəd Türkiyə telekommunikasiya sistemində layiqli yer tutan “Teletaş” şirkətinin Sumqayıtda rəqəmli ilk “Sistem – 12” avto­mat telefon stansiyasaının istifadəyə verilməsi məra­si­mində iştirak etmək­dən ibarət idi. Bu cür müasir texnologiyalar əsaslı telekom­munikasiya infrastrukturunun yaradılması artıq Sum­qa­yıtın sosial-iqtisadi inkişafına və sənaye potensialının bərpa edilmə­sinə strateji yanaşmanın ortaya qoyulduğuna dəlalət edirdi.

Heydər Əliyevin “Teletaş” şirkətinin Sumqayıtda rəqəmli ilk “Sistem – 12” avtomat telefon stansiyasaının istifadəyə verilməsi mərasimində iştirakı
(28 dekabr 1993-cü il)

 

Sonra, ulu öndər Sumqayıtın tarix muzeyinə gələrək burada nümayiş olunan sərgi ilə tanış oldu. Sərgi ilə tanışlıqdan sonra, muzeyin önündə çıxış edərək “Azərbaycan xalqının birlik, həm­rəylik şəhəri” adlandırdığı Sumqayıtın gələcək inkişafı üçün var qüvvəsi ilə çalışacağını bir daha vurğuladı. Sumqayıtın tarixi muzeyi qarşısındakı nitqində Heydər Əliyev demişdir: “Şəhəri­nizin maraqlı tarixi var. Tarix muzeyi ilə tanışlıq zamanı, Sum­qayıtın inkişaf yolları bir daha gözlərim önümə gəldi. Burada nəinki böyük sənaye potensialı cəmləşib, həm də bu şəhər Respublikaımızın müxtəlif bölgələrindən gəlib məskunla­şanlar üçün doğma yurda çevrilib”.

Daha sonra, Sumqayıt şəhər icra hakimiyyətində aparatın əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının başçılarını qəbul edərək onlarla söhbət etmiş, Sumqayıtdakı ictimai-siyasi vəziyyət, sənaye obyektləri, şəhər təsərrüfatı və xidmət sahələ­rinin işi barəsində məlumat almışdır. Həmin qəbulda ulu öndər qeyd etmişdir ki: “Sumqayıt böyük şəhərdir və burada çoxlu problem var, onların həlli birinci növbədə sabitliyi və sağlam ictimai mühiti qoruyub saxlamaqdan asılıdır. Mən yenə Sum­qayıta gələcəyəm. Sənaye müəssislərinin, tikinti obyektlərinin işi ilə yaxından tanış olacağam”.

Heydər Əliyevin Sumqayıtın tarixi muzeyi qarşısındakı nitqi

(28 dekabr 1993-cü il)

 

Tam əminliklə demək olar ki, ulu öndər verdiyi vədə artıqla­ması iləəməl etdi, sonrakı illərdə öz fəaliyyətində Sumqayıtın sosial-iqtisadi inkişafı proseslə­rinin bərpa edilmə­sini və sənaye potensialının yenilənməsini ciddi diqqət mərkəzində saxladı, təşəbbüslər göstərdi, qərarlar verdi və yenidən Sumqayıta gələrək bir çox problemli məsələlərlə şəxsən tanış oldu, iri layihələrin reallaşdırılmasında tarixi xidmətlər göstərdi.

Qeyd etmək lazımdır ki, 1990-2000-ci illərədək Sumqayıtda sənaye potensialının, ümumilikdə şəhərin sosial-iqtisadi inkişaf proseslərinin ahəngdarlığının təmin edilməsi ilə bağlı tədbirlər yalnız Heydər Əliyevin sayəsində və təşəbbüsləri ilə 1994-cü ildən sonra reallaşdırılmağa başlanılmışdır. Heydər Əliyev özünün dediyi kimi Sumqayıtda olan müəssisələrin əksəriyyə­tinin yaradılmasında və ərsəyə gəlməsində şəxsən iştirak et­mişdi, təşəbbüskar olmuşdur, ona görə də buradakı prob­lemləri və imkanları dərindən bilirdi. Amma həmin dövrdə ölkə­mizdə hələ resurslar xeyli az idi, investisiyaların cəlbedil­məsi üçün çətinliklər vardır. Sumqayıtın isə əsas sənaye poten­sialı və sahələri qeyri-neft sektoru ilə bağlı idi və həmin riskli dövrdə xarici investorlar bu sahələrə sərmayələr yatırmağa tələsmir­dilər.

Məlumdur ki, Sumqayıtın sənaye strukturunda аyrı-аyrı sə­nаyе sаhələrinin, o, cümlədən, kimyа, nеftkimyа, əlvаn və qаrа mеtаllurgiyа, mаşınqаyırmа (cihаzqаyırmа), tохuculuq, tikinti mаtеriаllаrı, şüşə istеhsаlı və sаir sаhələr üstünlük təşkil etmişdir. Sənаyе sаhələrinin sürətli inkişаfı, əsаsən 1982-ci ilədək baş vermişdir, sonrakı illərdə yalnız əvvəllərdə bildir­diyimiz kimi çətinliklə də olsa “EP-300” və “Polimer-120” qur­ğu­larının istismara verilməsinə nail olunmuşdur. Həmin dövr­lərdə Sumqаyıt sənаyе mərkəzində istеhsаl еdilən məhsullаr kеçmiş SSRİ-nin bütün rеgiоnlаrınа, yüzlərlə şəhərlərinə göndərilirdi və bu məhsullаr Şərqi Аrоpаnın bir çох ölkələrində tаnınırdı. Аrtıq 1980-ci illərin оrtаlаrındа Sumqayıtda təkcə sə­nаyе və tikinti sektоrundа işləyənlərin sаyı 40 minə yахın оl­muşdur. Bu dövrdə ölkədə аrtаn kаrbоhidrоgеn еhtiyаt-lа­rındаn səmərəli istifаdə еtmək və bu məqsədlə, оnlаrın еmаl sаhələrini yаrаtmаq üçün Sumqаyıt sənаyе mərkəzində kimyа və nеftkimyа kоmplеksinin sürətli inkişаfı təmin еdilmişdir. Lаkin, 1990-ci illərin əvvəlində Аzərbаycаnın müstəqilliyin ilk illərində, Sumqаyıt sənаyе kоmplеksi аğır çətinliklərlə üzləş­mişdir. Аmirаnəlik sоvеt sistе­mindən qаlаn idаrəçilik sistеmi iflаsа uğrаmış, təsərrüfаt (kооpе­rаsiyа) əlаqələri qırılmış, istеhsаl sаhələri dаyаnmış, iri qurğulаrın fəаliyyətinə fаsilələr yаrаnmış və nəticədə bir çох istеhsаl qurğulаrı sırаdаn çıхmış, yа dа tаmаmilə dаyаnmış, bir çохlаrı isə öz güclərindən аşаğı səviyyədə istismаr еdildiyindən zərərlə işləmişlər. Məsələn, həmin dövrdə bir sırа iri sənаyе məhsullаrı istеhsаl еdən müəsissələr: kimyа, nеftkimyа, əlvаn və qаrа mеtаllurgiyа, kоmprеssоrlаr, аşqаrlаr, yuyucu vаsitələr, şüşə və s. öz istеhsаl güclərinin 20-30% səviyyəsində оlmuşdur. Nəticədə, Sumqаyıt sənаyе mərkəzinin pоtеnsiаlı bir nеçə dəfə zəifləmiş, minlərlə iş yеrləri itirilmiş və yüksək iхtisаslı əmək еhtiyаtlаrı müхtəlif sаhələrə üz tutmаlı оlmuşlаr. Bеlə ki, 1995-ci ildə 1990-ci illə müqаyisədə Sumqаyıt sənаyе mərkəzində istеhsаlın səviyyəsi 77,3%, 2000-ci ildə isə 1995-ci ilə nisbətən 27,3% аşаğı düşmüşdür. Bu sаhədə cəmlənən əmək еhtiyаtlаrı və yüksək iхtisаslı kаdrlаrın bаşqа sаhələrə üz tutmаğı sürətlənmiş və 2000-ci ilin əvvəllərində sənаyеdə işləyənlərin sаyı 1980-ci ilin əvvələrinə nisbətən 2 dəfəyə yахın аzаlmış və 20 min nəfər səviyyəsində təşkil еtmişdir. Sonrakı illərdə bu rəqəm 15 min nəfərdən az təşkil etmişdir.

Belə bir şəraitdə Sumqayıtın sosial-iqtisadi inkişaf proses­lərinin ahəngdarlığının bərpası üçün, ilk növbədə şəhərin sə­na­ye potensialı bərpa olunmalı, yenilənməli, modernizasiya tədbirləri görülməli, yeni qurğular alınmalı, investisiyalar cəlb olunmalı, artıq müstəqil ölkənin müstəqil müəssisələri və səna­ye kompleksi kimi fəaliyyət göstərmək təcrübəsi toplanmalı idi. Buna görə də, müdrik Heydər Əliyev bütün bu problemlər üzrə davamlı tədbirlərin görülməsinə çalışırdı və lazımı tapşı­rıq­larını verirdi, daha ağır və qlobal problemlərin yükünü isə bir­başa öz üzərinə götürürdü. Nəticədə, mövcüd sənаyе sаhə­lə­rinin pоtеnsiаllаrının qоrunub sахlаnılmаsı üçün çохşахəli tədbirlər görüldü və bir çох iri sənаyе kоmplеkslərinin, хüsu­silə, Sum­qаyıt sənаyе mərkəzi müəssisələrinin istеhsаl pоtеn­siаlı qоru­nub sахlаnılа bildi. Heydər Əliyev xarici investorların Sumqayıta diqqətini yönəltmək üçün geniş həcmli işlər görmək məqəsədilə beynəlxalq təşkilatların nümayəndələrini və rəh­bər­lərini Azərbaycana dəvət edir və özü ilə birlikdə Sumqayıta aparırdı. Sumqayıtın sosial-iqtisadi inkişaf perspektivləri, sə­naye potensialının bərpa olunması tədbirləri müzakirə edilirdi.

Belə bir strateji məqsəd var idi ki, Sumqayıtda cəm­ləşmiş resurs­lardan səmərəli istifadə edilməsi üçün kompleks təd­birlər həyata keçirilsin və xarici investorların iştirakı ilə Sum­qayıtda iqtisa­diyyatın şaxələndirilməsi, bazar iqtisadiyyatı şəraitində inkişaf etdirilməsi, insanların daha yaxşı yaşaması, onların həyat səviyyəsinin yüksəldilməsi tədbirləri reallaş­dırılsın, bu amillər nəzərə alınmaqla, 1996-cı il iyun ayının 2-də Heydər Əliyev BMT-nin İnkişaf Proqramı tərəfindən hazırlan­mış “Azərbaycan Respublikasında insanın inkişafı haqqında hesabat” kitabının təqdimat mərasimində iştirak etmək üçün Sumqayıta XII Səfər-ni etmişdir.

Təqdimat mərasimində BMT-nin İnkişaf Proqramının rəh­bəri Geyms Qustav Spet, Azərbaycan Respublikasında BMT-nin rezidenti Paolo Lembo və digər rəsmi şəxslər iştirak etmişlər. Həmin tədbirdə Heydər Əliyevin Sumqayıta, burada yaşayan insanlara, şəhərin sənaye potensialına, şəhərin inkişaf xüsusiyyətlərinə verdiyi qiymət və səsləndirdiyi fikirlər, bu vaxta kimi Sumqayıtın sosial-iqtisadi inkişafının forma­laş­dırılan və inkişaf etdirilən fəaliyyət strategiyasının əsasında yer almışdır.

 

Sumqayıtda “Kimyaçı” mədəniyyət sarayında Heydər Əliyev BMT-nin İnkişaf Proqramı tərəfindən hazırlanmış “Azərbaycan Respublikasında insanın inkişafı haqqında hesabat” kitabının təqdimat mərasimində (2 iyun 1996-cı il)

 

Ulu öndər qətiyyətlə Sumqayıtın ölü bir şəhər olmaq fikrini rədd edirdi. Bununla bağlı Heydər Əliyev demişdir: “Bəzən deyilər ki, Sumqayıt ölü bir şəhərdir. Mən bununla razı deyiləm. Yalan fikirdir. Sumqayıt qəhrəmanlar, gözəl insanlar şəhərdir. Sumqayıt sizin şəhərinizdir. Burada siz yaşayırsınız… Siz gözəl insanlarsınız. Mən sizin hər birinizə baxdıqca ürəyim dağa dönür, sevinirəm. Burada yaşayanların yaşlısı da, cavanı da, körpəsi, uşağı da, qadını, kişisi də – hamısı gözəldir, qəh­rəmandır, cəsarətlidir”. Ulu öndərin bu tarixi və yüksək qiyməti hər bir Sumqayıtlını sevindirməklə bərabər, həm də onların üzərinə böyük məsuliyyət qoydu, ruh yüksəkliyi yaratdı, şəhər əhalisinin sosial-iqtisadi və ictimi fəallığı dəfələrlə artdı, insanlar daha böyük çoşğu və həvəslə işləməyə, şəhərin yük­səlişini təmin etməyə, sosialiqtisadi quruculuq işlərinin tem­pini sürətlən­dirməyə, müəssisələrin potensialını bərpa etməyə, yeni müəssi­sələrin yaradılmasına, özəl sahibkarlığın inkişaf etməsinə, şəhərin infrastrukturunun gücləndirilməsinə, müasir sosial infrastrukturun yaradılmasına, xidmət obyektlərinin tikilməsinə başlanıldı. Sumqayıtda mövcud olan sosial-iqtisadi durum dəyişməyə başladı, çətinliklər bir-birinin ardınca aradan qaldı­rıldı.

Azərbaycan Respublikasının prezidentliyinə namizəd Heydər Əliyevin
Sumqayıt şəhərinin seçiciləri ilə görüşdə (27 sentyabr 1998-ci il)

 

Heydər Əliyevin Sumqayıt şəhərinə növbəti XIII Səfər-i 1998-ci il sentyabr ayının 27-də baş vermişdir və həmin gün Ulu Öndər Azərbaycan Respublikasının Prezidentliyinə nami­zəd statusun­da Sumqayıt şəhərinin seçiciləri ilə görüşmüşdür. Həmin gün Sumqayıtlılar Heydər Əliyevi mehribanlıqla qarşıladılar və ulu öndərə öz ehtiramlarını bildirdilər.  Bu səmimi görüş və söhbətlər Heydər Əliyevin sumqayıt­lı­lara nə qədər dərin sevgisinin, məhəbbətinin, hörmət və izzə­tinin, diqqətinin olma­sının göstəricisi kimi də qiymət­lən­di­ril­məlidir. Şəhər sakinləri ulu öndərin şəhərin sosial-iqtisadi inkişafına yeni münasi­bətindən, Sumqayıtın müstəqil Azərbaycanın daha güclü və gözəl sənaye mərkəzi kimi formalaş­dırıl­masına göstərdiyi səylərdən məmnunluğu bildirməklə yanaşı, şəhərin inkişafının yeni çağırışlara uyğun olaraq təşkili istiqamətində çoxlu tədbirlərin görülməsinin vacibliyini anla­yır­dılar. Bu məsələ­lərdə həmişəki kimi ən düzgün yol və strateji yanaşmalar Heydər Əliyevin tövsiyələri, tapşırıqları və verdiyi qərarlar oldu. Sumqayıt addım-addım özünün sənaye poten­sialını bərpa etməyə və yeni istehsal güclərini yaratmağa, şəhə­rin sosial-iqtisadi inkişafın­dakı problemləri həll etməyə başladı. Şəhər artıq daha səmərəli və ekoloji baxımdan təhlükəli olma­yan istehsal sahələrinin inkişaf etdirilməsi strategiyasına üs­tün­lük vermə fazasına daxil oldu. Bir çox zərərli və istismar müddətini başa vurmuş istehsal sahələri, zavodlar və fabriklər ləğv olundu, şəhər infrastrukturunun səmərəliliyinin və etibar­lılığının yüksəldilməsi tədbirləri görüldü, bütün bunlar Sum­qa­yıt şəhərinin sosial-iqtisadi inkişa­fında əhəmiyyətli rol oynadı və şəhərin sənaye mərkəzinin dirçəldilməsinə ciddi təkan verdi.

1996-1999-cu illərdə Heydər Əliyev tərəfindən Sumqayıtın sosial-iqtisadi inkişafı ilə bağlı problemlərin həlli istiqamətində ardıcıl tədbirləri reallaşdırılması və bunlarla bağlı proseslərin baş tutması üçün şəxsən dəstək göstərməsi diqqət çəkirdi, çünki Sumqayıtın problemləri kifayət qədər yığılaraq həll edilməmiş vəziyyətdə qalmışdı. Belə bir şəraitdə ulu öndər Sumqayıtın sənaye kompleksində aparıcı mövqe tutan kimya və neft kimya müəssisələrinin fəaliyyətində xüsusi əhəmiyyət kəsb edən buxar istehsalı üçün yüksək texnologiyalar əsaslı müasir qurğunun alınması probleminin həlli üçün şəxsən təşəbbüs göstərdi və həmin qurğunun tikintisi başa çatanadək bütün məsələləri diqqət mərkəzində saxladı. Təkcə, Sumqаyıtdа iri istilik mərkəzlərinin dаyаnmаsındаn sоnrа hökümət zəmаnəti ilə 90 mln. АBŞ dоllаrı dəyərində vəsаitin Yаpоniyаdаn cəlb еdilməsi və həmin ölkənin dünyа şöhrətli firmаlаrının iştirаki ilə müаsir аvtоnоm «Buхаr-Gеnеrаtоr Qurğu»sunun tikilib isti­fаdəyə vеrilməsi (2001-ci il) fаktı hеsаbınа, hаzırdа Sumqаyıtın sənаyе mərkəzi kimi fоrmаlаşmаsındа mühüm əhəmiyyəti оlаn kimyа və nеftkimyа kоmplеksinin fəаliyyətinə ikinci nəfəs vеril­mişdir. Sumqayıtlılar üçün bu tarixi hadisə xüsusilə əlamətdardır ki, Ulu Öndər Buxar-Generator kompleksi­nin ölkənin neft-kimya səna­yesi üçün əhəmiyyətini yüksək qiymətləndirərək, Yaponi­yalı mütəxəssislərlə 1999-cu il martın 24-də yeni kompleksin təməlqoyma mərasimində və 2001-ci il iyulun 7-də isə açılış mərasimində iştirak etmiş, bütün sumqa­yıtlıları bu əlamətdar hadisə münasibətilə təbrik etmişdir. Bu mərasimlərlə bağlı olaraq, Heydər Əliyevin Sumqa­yıta növbəti səfərləri baş tutmuşdur.

1999-cu il 24 martda həyata keçirdiyi XIV Səfər-inin əsas məqsədi Sumqayıtda “EP-300” istehsa­la­tın­da Buxar-Generator qurğusunun özülünün qoyulması məra­simində iştirak etməkdən ibarət olmuşdur.

Heydər Əliyev Sumqayıtda “EP-300” istehsalatında Buxar-Generator
qurğusunun özülünün qoyulması mərasimində (24 mart 1999-cu il)

 

Həmin mərasimdəki nitqində Heydər Əliyev bildirmişdir: “Bu gün biz sizinlə Sumqayıt şəhəri və bütün Azərbaycan üçün çox əhəmiyyətli olan bir işin başlanğıcını, təməlini qoyuruq. Bu, Azərbaycanda nəhəng bir qurğunun – kimya sənayesi üçün böyük əhəmiyyəti olan buxargenerator kompleksinin inşaasına başlanması mərasimidir. Bu, böyük hadisədir. Deyə bilərəm ki, müstəqil Azərbaycanın 1990-cı illər tarixində Respublikamızda yeganə hadisədir ki, biz böyük bir sənaye obyektinin tikintisinə başlayırıq… Əmin ola bilərsiniz ki, Sumqayıtda sənaye müəssi­sə­lərinin, ümumiyyətlə, istehsalın, şəhərin həyatının bugünkü problemlərinin həll olunması bizim nəzarətimiz altındadır. Biz bunların həll edilməsi ilə məşğul oluruq və bundan sonra da məşğul olacağıq”. Tezliklə və planlı şəkildə bu problemlərin həllini tapması Ulu Öndərin öz vədlərinə sadiqliyinin və Sum­qayıta olan ciddi diqqətinin ifadəsi kimi xeyli qiymətlidir və Sum­qayıtın sosial-iqtisadi inkişafında tarixi əhəmiyyət kəsb edir. Bu dövrdə Sumqayıtın əksər müəssisələrində ruh yüksək­liyi və gələcəyə inam hissi artıq bərpa edilmişdi.

 

Heydər Əliyev Sumqayıtda “EP-300” istehsalatında Buxar-Generator qurğusunun özülünün qoyulması mərasimində çıxış edərkən (24 mart 1999-cu il)

Müəssisələr öz daxili imkanları hesabına mümkün olan təd­birləri görürdülər, bir sıra istehsal sahələrinin fəaliyyəti qismən də olsa bərpa edildi. Kimya sənayesi müəssisələri ilə yanaşı, Sumqayıtda yerləşən digər sənaye müəssisələrinin fəaliyyətində də canlanma başlandı. Xarici investorların Sumqayıta marağı artmaqda idi. Buxar Generator kompleksinin tikintisində və maliyyələşdirilməsində iştirak edən Yapon şirkətləri ilə yanaşı, Avropanın – Böyük Britaniya və Hollandiya şirkətləri qara və əlvan metallurgiya müəssisələrinin dirçəldilməsinə maraq göstərirdilər. “Azəralüminium” ASC-yə Hollandiyanın “Fondel Metal Partisipations” BV və “Azərboru” ASC-yə Böyük Brita­niyanın “Tarqol İnvestment Limited” şirkətləri tərəfindən investisiyalar yatırıldı və beləliklə, metallurgiya kompleksinin potensialının bərpası proseslərinə başlanıldı. Sənaye müəssi­sələri ilə bərabər Sumqayıtın sosial-iqtisadi və sosial-mədəni həyatında da intensivlik yarandı, yeni sosial obyektlər istismara verildi və xidmət müəssisələri yaradıldı. Həmin dövrdə Heydər Əliyev Sumqayıtda inşa olunan Buxar Generator qurğusunun gedişini ciddi izləyirdi və tikinti qrafikdə nəzərdə tutulduğu vaxtda başa çatdırıldı.

Ulu Öndər özü şəxsən bu nəhəng qurğunun açılışında iştirak etdi. 2001-ci il iyul ayının 7-də Sumqayıta XV Səfər-ində Heydər Əliyev Buxar Generator qurğusunun açılış mərasimində iştirak etmiş və geniş nitq söyləmişdir.

Heydər Əliyev Sumqayıtda “EP-300” istehsalatında Buxar-Generator
qurğusunun açılış mərasimində (7 iyul 2001-ci il)

Mərasimdə Heydər Əliyevə Yaponiyanın “Niçimen” və “Çioda” şirkətləri adından xatirə olaraq qılınc hədiyyə edil­miş­dir. Bu qurğunun istifadəyə verilməsi tarixi bir hadisə idi. Mərasimdəki nitqində Heydər Əliyev “EP-300” kompleksinin və ümumilikdə Sumqayıtdakı kimya kompleksinin strateji əhə­miy­yətinə yüksək qiymət vermiş və bu sahələrin inkişaf etdirilməsinin vacibliyini bildirmişdir. O, demişdir: “Bu EP-300 qur­ğusu kimya sənaye­sində ən yüksək texnika və texnologiyaya malik və polietilen kimi çox vacib kimya məhsulunun istehsal edilməsi üçün vacib olan bir kompleksdir… Xatırlayıram, mən 1999-cu ilin mart ayında buraya gəldim, biz bu qurğunun təməlini qoyduq. Bura boş bir yer idi. Amma mən indi nə qədər xoşbəxtəm, nə qədər böyük məmnuniyyət hissi keçirirəm ki, cəmisi 2 il bundan öncə təməlini qoyduğumuz belə nəhəng bir müəssisə artıq hazırdır, iş düşür. Biz bunu Yaponiyanın “Niçimen” şirkəti ilə bərabər etmişik… İndi bu qurğu hazırdır və güman edirəm ki, bizim “Azərikimya” birliyi bundan səmərəli istifadə edəcək, tam istehsal gücünə gətirəcək və bizim gözlə­diyimiz nəticələri əldə edəcəkdir”. Ulu Öndərin bu proqnozları tamamilə özünü doğrultmuşdur. Sonrakı illərin təhlillərindən yanaşsaq, 2002-2003-cü illərdə artıq kimya kompleksinin bütün müəssisə­sələrində zərərlə işləməyə son qoyuldu, əsas məhsulların maya dəyər göstəriciləri xeyli yaxşılaşdırıldı, çəki­lən xərclərin azal­ması isə məhsulların qiymətlərini optimal­laşdırdı və dünya bazarlarında ixrac baxımından rəqabət­qa­bi­liyyətlilik artırıldı.

Qeyd edək ki, Heydər Əliyev həmin dövrdə çoxlu çətinliklərə və problemlərə baxmayaraq, Sumqayıt şəhərində sosial-iqtisadi inkişaf proseslərini, şəhərdə baş verən hadisələri, yaranan problemləri, ictimaiyyətdə formalaşan fikirləri, ümumiyyətlə, Sumqayıtla bağlı hər bir məsələni ciddi şəkildə diqqətdə saxlayır və müəyyən nəticələrə gəlir, qərarlar verirdi. 2000-ci illərin əvvəllərindən başlayaraq, Sumqayıtda sosial-iqtisadi proses­lərdə, şəhər təsərrüfatında, şəhərin idarəedilməsi və kadr məsələlərində bir sıra problemlər və çətinliklər yaran­mışdır. O dövrdə bu vəziyyəti xarakterizə edərkən, belə bir fikir formalaşmışdır ki, Sumqayıtda rəhbər vəzifəli şəxslər arasında münasibətlərdə bəzən qeyri-sağlam hallar daha çox üstünlük təşkil edirdi, başqa sözlə, şəhərin iqtisadi, intellektual, əmək resurslarının daha səmərəli idarəedilməsi, sosial-iqtisadi pro­ses­lərin gedişində sağlam mühitin yaradılması zərurəti yaran­mışdır.

Heydər Əliyev Sumqayıtda ictimai-mənəvi iqlimin dəyişdirilməsinə yönəldilmiş və şəhərdəki problemləri hərtərəfli özündə əks etdirən proqram xarakterli nitq söylərkən (3 aprel 2003-cü il)

 

Şəhərin abadlaşdırılması, quruculuq işlərinin gücləndi­rilməsi, kadrların daha düzgün seçilməsi, yığılmış problemlərin ardıcıllıqla həll edilməsi vacib idi. Şəhərdəki iri sənaye müəssisələri, xüsusilə, kimya müəssisələri və Sumqayıtda yerləşən “Azərikimya” DŞ-ti ilə Sumqayıt şəhər İcra Hakimiy­yəti arasın­da konstruktiv və səmərəli fəaliyyət mühiti, birgə şəkildə şə­hərin sosial-iqtisadi inkişafının sürətləndirmək təd­bir­lərinin səviyyəsi aşağı düşmüşdü. Belə bir şəraitdə Heydər Əliyev Sumqayıta 2003-cü il aprel ayının 3-də XVI Səfər-ini etmişdir. Həmin gün ölkə ictimaiyyətinin diqqət və nəzərləri Sumqayıta yönəlmişdi, belə ki, Ulu Öndər Sumqayıtda üst-üstə yığılmış problemlərin həlli və çözülməsi istiqamətində tədbirlər görmək üçün bura gəlmişdi. Heydər Əliyev bu tədbirdə Sumqayıtda ictimai-mənəvi iqli­min dəyişdirilməsinə yönəldilmiş və şəhərdəki problemləri hərtərəfli özündə əks etdirən proqram xarakterli nitq söyləmişdir. Bütün bunlar qısa zaman kəsiyində öz müsbət nəticələrini vermiş və şəhərin sosial-iqtisadi inkişafında taraz­lıq və intensivlik təmin olunmuşdur.

Bu amillər baxımından, müstəqilliyin bərpasından sonrakı dövrdə Sumqаyıt sənаyе mərkəzinin potensialının dirçəldil­mə­sində və şəhərin sosial-iqtisadi inkişafının intensivləş­diril­məsində bu il 100 illiyi qeyd olunan Ümumilli lidеrimiz Hеydər Əliyеvin qətiyyəti strateji əhəmiyyət kəsb etmişdir və tаriхi хidmətləri müstəsna əhəmiyyət kəsb edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər