HEYDƏR ƏLİYEVİN SUMQAYITIN SOSİAL-İQTİSADİ İNKİŞAFIHNDA MİSİLSİZ ROLU

686

“Sumqayıt şəhəri bütün Azərbaycanı təmsil edir. Azərbaycanın hər yerindən bu şəhərdə yaşayanlar var. Azərbaycanın elə bir güşəsini tapmaq olmaz ki, oradan gəlmiş bacılarımız, qardaşlarımız – vətəndaşlarımız bu şəhərdə yaşamasın. Bu, Sumqayıt xüsusiyyəti əhəmiyyət­lidir. Ona görə də Sumqayıt Azərbaycan xalqının birlik, həmrəylik şəhəridir, ölkəmizin dayağıdır, gözəl bir guşəsidir”.

HEYDƏR ƏLİYEV

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Bu tarixi amilləri nəzərə alaraq, ölkə Prezidenti İlham Əliyev 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ili “Heydər Əliyev İli” elan etmişdir.

1960-1970-ci illərdə Azərbaycanda sosial-iqtisadi inkişafın ümumi ab-havası, inkişaf tempi Sumqayıta da təsirsiz ötüşməmişdi. Baxmayaraq ki, həmin dövrdə Sumqayıt əsasən mərkəzdən – ittifaq höküməti və nazirlikləri tərəfindən idarə olunurdu. Sumqayıt üzərində ən güclü təsir SSRİ kimya və neftkimya nazirliklərinə, həmçinin metallurgiya sahəsini idarə edən mərkəzi orqanlara məxsus edir. Sumqayıtda yerləşən müəssisələrin ittifaq əhəmiyyətli və ittifaq tabeliyində olmasından tam mənada istifadə edərək, özlərinin yanaşmalarını ortaya qoyurdular. Uzun illər ictimaiyyətdə belə bir fikir var idi ki, o dövrlərdə Sumqayıta əsasən ikinci əl avadanlıqlar, yaxud nisbətən ekoloji cəhətdən təhlükəli olan texnologiyalar, qurğular göndərilirdi. Müəssisələrin tikilməsində və genişləndirilməsində isə bu amillər daha çox üstünlük təşkil edirdi. Əlbəttə, bütün bunlar daha dərin araşdırmalar tələb edir, ancaq sonrakı dövrlərdə Sumqayıtda ekoloji problemlərin kəskinləşməsi, qara quvvələrin Sumqayıtın yaşayış üçün yarasız olması barəsində əsassız iddialarının formalaşmasına ciddi rəvac vermişdir və təəssüf ki, bu problemlər müstəqillik dövründə də Sumqayıtın imicinə uzun müddət təsir göstərmişdir.

1970-ci illərin əvvəllərindən başlayaraq, respublikanın hər yerində yeni ab-hava, şərait yaranmışdı və bunlar tezliklə öz müsbət nəticələrini göstərdi. Bu dövrə qədər Sumqayıtda sənaye potensialının intensiv şəkildə formalaşdırılması və istifadə edilməsi problemləri kifayət qədər toplanmışdı və həmin problemlərin həlli üçün daha cəsarətli addımların atılması və tədbirlərin görülməsi lazım gəlirdi. Şübhəsiz, bu məsələlərdə Azərbaycan rəhbərliyinin rolu strateji əhəmiyyət daşıyırdı və belə bir iddianın reallaşdırılması Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərliyinin ilk illərindəcə prioritetlik təşkil etmişdir.

Artıq 1970-ci illərin əvvəllərində Sumqayıt şəhərinin sənaye potensialının genişləndirilməsi, ondan maksimum səmərəli istifadə olunması məsələləri aktuallığı ilə diqqət çəkmişdir. Belə ki, ümumilikdə Azərbaycanda həmin dövrdə iqtisadiyyatın bütün sahələrində köklü dəyişikliklər başlamışdır. Azərbaycan sürətlə digər ittifaq respublikaları ilə müqayisədə geridə qaldığı fərqi azaltmaqda idi. Respublikanın hər yerində quruculuq və inkişaf xarakterli mühit formalaşdırılmış, tədbirlər ardıcıl şəkildə həyata keçirilməklə, həmin dövrün tələblərinə, meyarlarına və prinsiplərinə uyğunluq baxımından, Azərbaycanın şəhər və rayonları, müəssisə və kəndləri yeni ruh yüksəkliyi ilə çalışırdılar.

Bütün bu proseslərin təşəbbüskarı, yaradıcısı və ilhamvericisi o dövrdə respublikaya rəhbərlik etmiş ulu öndər Heydər Əliyev idi. Belə ki, 1970-1980-ci illərdə Sumqayıt əsasən kimyaçılar şəhəri kimi daha geniş şəkildə inkişaf etməyə başlamışdır. Bir neçə misalla bu fikri daha da ciddi arqumentlərlə əsaslandırmaq istərdik. Keçmiş SSRİ-nin tərkibində planlı şəkildə bir-birinin ardınca tikilmiş və bütövlikdə böyük bir super dövlətin inzibati-təsərrüfat mexanizminə qoşulmuş zavodlar və onların fəaliyyəti nəticəsində yaranmış geniş kimya və neftkimya komplekslərində biri olan və Sumqayıtda yerləşən “EP-300” qurğusunun tikilməsi və ərsəyə gəlməsi prosesləri həmin dövrə təsadüf edir.

Tarixi obyektivliyi qorumaq naminə qeyd etmək lazımdır ki, “EP-300” kimi unikal bir qurğunun “Sintetik kauçuk” zavodunun ərazisində və bazasında planlaşdırılması və çox çətinliklərlə olsa da, tikilib istifadəyə verilməsi, bilavasitə ulu öndər Heydər Əliyevin gərgin əməyi, ardıcıl siyasəti və daimi qayğısı nəticəsində mümkün olmuşdur. Belə ki, hələ 1970-ci illərin ortalarında Heydər Əliyev “Sintetik kauçuk” zavoduna gələrək, hazırkı “EP-300” qurğusunun tikildiyi ərazini addım-addım gəzərək, gələcək nəhəng qurğunun tikinti planları və layihələri ilə bağlı olaraq, elə yerindəcə səlahiyyətli adamlara lazımı tapşırıqlar verdi. Sonralar SSRİ Neftkimya Sənayesi Nazirliyi həmin unikal qurğunun “Sintetik kauçuk” zavodunun ərazisində tikilməsini əngəlləyən zaman, məhz Heydər Əliyev Moskvadan çoxsaylı səlahiyyəti nümayəndələri Azərbaycana dəvət edərək, Sumqayıta gətirmiş və həmin unikal obyektin “Sintetik kauçuk” zavodunun ərazisində layihələşdirilməsinin və tikintisinin mümkünlüyünü sübuta yetirmişdir.

Sumqayıtın sənaye mərkəzi kimi formalaşmasında və sürətlə inkişaf etməsində SSRİ kimi nəhəng bir dövlətin resurslarından öz doğma xalqının rifahı, gələcəyi naminə məharətlə istifadə edən ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri olmuşdur. Belə ki, Heydər Əliyevin rəhbərliyi altında və onun tarixi səyləri nəticəsində Sumqayıtın sənaye mərkəzı kimi güclənməsi, o dövr üçün müasir texnologiyaların və texniki yeniliklərin buraya gətirilməsi, sənaye müəssisələrinin iş şəraitlərinin yaxşılaşdırılması, onların sosial müdafiəsinin gucləndırılməsı, yaşayış-mənzil fondunun surətlə artırılması, infrastruktur, təhsil səhiyyə idman və mədəniyyət obyektlərinin tikintisinin sürətləndirilməsi həyata keçirilmişdir. Xüsusilə, ağır sənaye sahələrində misli görünməmiş nəticələr əldə edilmişdir. Məsələn, 1970-1980-ci illərdə mineral gübrələrin, plastik kütlələrin, sintetik qətranın, kauçuk və sulfanolun, sulfat turşusunun istehsalı, məişət kimyası mallarının həcmi 2 dəfədən çox artmış, butadien, lateks, qliserin, benzol, izobutilen, poliizobutilen, propilenqlikol, poliefir və epoksid qətranları, polietilen örtüklər, o dövr üçün müasir texnologiyalar əsasında digər istehsalatlar istismara verilmişdir. Həmin dövr ərzində bir sıra digər sənaye sahələrinin – metallurgiya və cihazqayırma müəssisələrinin sürətli inkişafı təmin edilmişdir.

1970-ci illərin sonlarında bu nəhəng qurğunun layihələşdirilməsi başa çatdırıldı və 1980-ci illərin əvvəllərində isə tikintisinin təməli qoyuldu. Sonrakı dövrlərdə çoxsaylı çətinliklərə, manelərə, xüsusilə də, SSRİ kimi böyük dövlətin dağılmasına təkan verən yenidənqurma proseslərin gətirdiyi problemlərə baxmayaraq, “EP-300” qurğusunun tikintisi başa çatdırıldı. Bu qurğunun istifadəyə verilməsi ilə Sumqayıtın sənaye potensialı əhəmiyyətli səviyyədə artdı və bu vaxta kimi şəhərin sənaye mərkəzi kimi güclənməsində strateji rol həmin qurğunun hesabına mümkün olmuşdu. “EP-300” qurğusunun istifadəyə verilməsi nəticəsində bir çox səmərəsiz qurğular və istehsalatlar istismardan çıxarıldı və istehsalın strukturu xeyli genişləndirildi. Bu qurğunun istifadə verilməsi “Sintetik kauçuk” və “Üzvi sintez” zavodlarının inkişafının yeni mərhələyə keçməsinə və daha məhsuldar kimya və neftkimya məhsullarının istehsalına imkan vermişdir. Qurğu həm də multiplikativ təsirə malik olmuşdu, xammal təyinatlı çoxlusayda məhsulların alınması Sumqayıtda və respublikanın digər rayonlarında emal müəssisələri şəbəkəsinin yaradılmasında baza rolunu oynamışdır.

Bu bir tаriхi həqiqətdir ki, ümumilli lidеrimiz Hеydər Əliyеv öz fəаliyyətində həmişə strаteji hədəfləri dəqiq və uzun bir dövrə müəyyənləşdirə bilmişdir. Hələ ХХ əsrin 70-ci illərin sоnundа və 80-ci illərin əvvəlində – Sumqаyıt sənаyе mərkə­zi­nin əsаsını təşkil еdən kimyа və nеftkimyа kоmplеksinin tа­mа­milə yеnidən qurulmаsı və müаsir qurğulаrlа təmin еdilməsi üçün SSRİ miqyаsındа uzunmüddətli çətin işlərin öhdəsindən gəlmiş, dа­nışıqlаr аpаrmış, bir çох ittifаq əhəmiyyətli plаnlаşdır­mа­lаrdа dəyişikliklər еtdirməyə nаil оlmаqlа, hаzırdа müstəqil Аzər­bаycаnın kimyа və nеftkimyа kоmplеksinin ən iri, səmərəli və əvəzеdilməz qurğusu оlаn – «ЕP-300» unikаl qurğusunun Sum­qаyıtdа tikilməsinin plаnlаşdırılmаsınа, bu işlərə külli miq­dаrdа kаpitаl qоyuluşunun yönəldilməsinə və sоnrаkı fəаliyyət dövrləri də nəzərə аlınmаqlа, həmin qurğunun tikilib istismаrа vеrilməsinə müvəffəq оlа bilmişdir. Bеlə ki, «ЕP-300» kоmplеk­si ölkənin zəngin kаrbоhidrоgеn хаmmаllаrının еmаl еdilmə­sində və yüksək məhsuldаrlıqlа yаnаşı, digər kimyа və nеft­kimyа müəssisələrinin хаmmаl və yаrımfаbrikаtlаrlа təminаtındа əvəz­siz rоl оynаyır.

Müstəqilliyin bərpasından sonrakı illərdə də Sumqayıtın güclü sənaye şəhəri kimi inkişaf etdirilməsində, potensialın bər­pasında, modernizasiya tədbirlərinin görülməsində Heydər Əliyevin xidmətləri unudulmazdır. Sum­qa­yıtın 70 illik tarixində yadda qalan və unudulmaz hadisələr sırasında ulu öndər Heydər Əliyevin Sumqayıta 16 dəfə səfər etməsi xüsusi yer tutur. Bu səfərlərin hər biri Sumqayıtın sosial-iqtisadi inkişafına yeni stimul və güclü təkan vermişdir.

Bu gün öz intibahının yeni mərhələsini yaşayan Sumqayıtın sovet hakimiyyəti dövründə inkişafı və nəinki keçmiş SSRİ-də, bütün dünyada tanınması Heydər Əliyevin adı ilə bağlıdır. Şəhərin sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində bu dahi insanın əvəzsiz xidmətləri danılmaz bir faktdır. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə də, əvvəlki kimi Sumqayıta daim diqqət və qayğısını əsirgəmirdi. Bu qay­ğının nəticəsində Sumqayıt yenidən özünün dirçəliş dövrü­nə qədəm qoydu.

Qeyd olunan amillər baxımından, müstəqilliyin bərpasından sonrakı dövrdə Sumqаyıt sənаyе mərkəzinin potensialının dirçəldil­mə­sində və şəhərin sosial-iqtisadi inkişafının intensivləş­diril­məsində Ümumilli lidеrimiz Hеydər Əliyеvin qətiyyəti strateji əhəmiyyət kəsb etmişdir və Ulu Öndərin tаriхi хidmətləri kifayət qədər böyükdür.

ŞƏFA ƏLİYEV,

Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru,

UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin Rəhbəri.

 

Heydər Əliyev Sumqayıtda “Üzvi Sintez” zavodunda (7 aprel 1971-ci il)

Heydər Əliyev Sumqayıtda “Azərbaycan Boru-Prokat” zavodunda

(30 noyabr 1973-cü il)

 

Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin I müavini Nikolay Tixonovla birlikdə Sumqayıt “Kimya sənayesi” İstehsalat Birliyində (28 fevral 1974-cü il)

Heydər Əliyev Sumqayıtda S.Vurğun adına mədəniyyət sarayında şəhər partiya fəalları yığıncağı iştirakçıları ilə birlikdə müəssisələrinin istehsal etdikləri məhsul nümunələri ilə tanış olarkən (9 aprel 1981-ci il)

 

Heydər Əliyevin “Teletaş” şirkətinin Sumqayıtda rəqəmli ilk “Sistem – 12” avtomat telefon stansiyasaının istifadəyə verilməsi mərasimində iştirakı
(28 dekabr 1993-cü il)

Heydər Əliyev Sumqayıt sakinləri ilə birlikdə (2 iyun 1996-cı il)

Heydər Əliyev Sumqayıtda “EP-300” istehsalatında Buxar-Generator
qurğusunun açılış mərasimində (7 iyul 2001-ci il)

Heydər Əliyev Sumqayıtda ictimai-mənəvi iqlimin dəyişdirilməsinə yönəldilmiş və şəhərdəki problemləri hərtərəfli özündə əks etdirən proqram xarakterli nitq söylərkən (3 aprel 2003-cü il)

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər