Heykəli zədələyənlər sərbəst buraxıldı

565

Hacı Zeynalabdin Tağıyevin heykəlini zədələyərək dəmirdən təsbehi qıran gənclərlə bağlı qərar verilib.

İstintaqın qərarı ilə 191-ci il təvəllüdlü Vüqar Tağızadə və 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli barəsində polisin nəzarətinə vermək qətimkan tədbiri seçilib. Onlar həbs edilməyərək sərbəst buraxılıblar.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə ittiham edilir.

Murad Əhməd

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər