Hökumət büdcə planlaşdırılmasında nələri dəyişəcək? – TAHİR MİRKİŞİLİ AÇIQLADI

527


“Dövlət başçısı 6 yanvar 2021-ci ildə keçirilmiş “2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə” hökumət qarşısında 2021-ci il üçün əsas hədəfləri müəyyən etmişdi. Hökumətin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın qiymətləndirilməsi üçün bu hədəflərə nail olunma vəziyyəti mühüm rol oynayır”.

APA TV-nin xəbərinə görə, bunu Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

T. Mirkişili deyib ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş hədəflər və onlara hökumət tərəfindən nail olunma vəziyyətinə baxsaq, hesabat ilində uzunluğu 101 km olan Əhmədbəyli-Füzuli-Şuşa Zəfər Yolu istismara verilib: “Hesabat ilində “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Aeroportu isifadəyə verilib. Zəngilan və Laçın hava limanlarının isə bünövrəsi qoyulub. Hesabat ilində işğaldan azad edilmiş ərazilərdə SES-ları, rəqəmsal yarımstansiyalar inşa edilib, Şuşa şəhərini elektrik enerjisi ilə təmin etmək üçün bütün imkanlar yaradılıb. Horadiz-Ağbənd, Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisinə başlanılmasını da qeyd etmək istərdim. Bu sırada beşinci hədəf azad edilmiş torpaqlarda kənd təsərrüfatı inkişaf etdirilməsi, altıncı hədəf sərhədlərin qurulması istiqamətində təxirəsalınmaz işlərin aparılması, yeddinci hədəf Qarabağ bölgəsinin çox zəngin turizm potensialının işə salınmasıdır. Qeyd etdiyim bu hədəflərə nail olunmaq barədə hesabatda geniş məlumatlar verilib. Qarşıya qoyulmuş bu hədəflərə hökumət tərəfindən nail olunma vəziyyətini yüksək qiymətləndiririk”.

T.Mirkişili deyib ki, özəl investisiyaların təşviq edilməsi, investisiya cəlb edilməsində vahid pəncərə və agentlərin rolundan istifadə edilməsini faydalı hesab edirik. Əlavə olaraq emal sənayesinin və sənayedə bir-birini tamamlayan həlqələrin yaradılması üçün daha sürətli qərarlara və yeni yanaşmalara ehtiyac yarandığını da xüsusi vurğulamaq istərdim.

Onun sözlərinə görə, 2021-ci il üçün dövlət büdcəsi gəlirlərinin, o cümlədən yerli gəlirlərin proqnozdan artıq icra olunması müsbət haldır: “Bütün funksional təsnifat üzrə büdcə xərclərinin ümumilikdə 96.1% icra olunmasını qənaətbəxş hesab etsək də, icra zamanı ayrı-ayrı orqanlar tərəfindən keyfiyyət göstəricilərinin daha da yaxşılaşdırılmasını vacib sayırıq. Vəsaitlərə qənaət etməyin vacibliyini vurğulamaqla yanaşı, qeyd etmək istərdim ki, müasir iqtisadiyyatda qənaət paylayıcı funksiya yerinə yetirir və o xərclərin azaldılmasından daha çox seçimlərin dəyişdirilməsindən ibarət olur.

Bununla yanaşı, 2021-ci ildə dövlət büdcəsinin icrasında dayanıqlılığın qorunub saxlanmasını yüksək qiymətləndiririk. Maliyyə büdcə sisteminin təkmilləşməsi sahəsində görülən işlər, nəticə əsaslı büdcə sisteminə keçid ilə bağlı görülən işləri müsbət dəyərləndirməklə yanaşı bu sahədə daha çox işlərin görülə biləcəyinə inanırıq”.

Parlamentin komitə sədri qeyd edib ki, Hesablama Palatasının dövlət qurumlarında apardığı auditlərin təhlili göstərir ki, büdcə vəsaitlərinin planlaşdırılması, hədəflərin müəyyən edilməsi, hesabatlılığın artırılması, xərclənmə zamanı şəffaflığın yüksəldilməsi istiqamətində davamlı işlərin görülməsinə ehtiyac var: “Eyni zamanda, büdcədən ayrılan dotasiyaların vacib iqtisadi rol oynadığını qəbul edərək, bəzi dotasiyaların xidmətləri təklif edənə deyil, xidmətləri istehlak edənlərə yönəldilməsinin faydalı ola biləcəyini qeyd etmək istərdim”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər