Bu günlərdə “Elm və təhsil” nəşriyyatında Azərbaycan Yazıçılar Birliyi Poeziya bölməsinin rəhbəri, Sumqayıtdakı Ə. Kərim adına Poeziya evinin direktoru, tanınmış şair İbrahim İlyaslının “Biz yolsuzlar deyilik” adlı yeni kitabı nəşr edilib.
Kitab Mahmud Kaşqari adına Beynəlxalq Fondun layihəsi əsasında işıq üzü görüb. Layihənin rəhbəri millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru, Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyevdir. Nəşrin rəyçiləri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, prof. dr. Aktotı Raimkulova və TÜRKSOY-un baş katibi, Qırğızıstanın xalq yazıçısı Sultan Rayevdir.
Kitaba Mingəçevir Dövlət Universitetinin rektoru, prof. dr. Anar Eminov tərəfindən müfəssəl “Ön söz” yazılıb.
Redaktor isə M.Kaşqari adına Beynəlxalq Fondun icraçı direktoru Xəyalə Əfəndiyevadır.
450 səhifəlik kitaba görkəmli söz ustası İbrahim İlyaslının seçilmiş şeirləri, ədəbi publisistik məqalələri və tərcümələrindən nümunələr daxil edilib.
Qeyd edək ki, kitabın ilk təqdimatı 21 iyun saat 13:00-da Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş I Qazax Kitab Festivalı çərçivəsində baş tutacaq. ANAİB-in təşkilatçılığı ilə keçirilən tədbir Qazax şəhərindəki Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda düzənlənəcək.


Müzakirə qapadılmışdır.