İcra başçıları prezidentə hesabat verdi – Yenilənib

1092

Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilir.

sumqayitxeber.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edir.

Dövlətimizin başçısı konfransda giriş nitqi söylədi.

Sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Naxçıvan Muxtar Respublikasındakı “Nəqşicahan Holdinq” şirkətlər qrupunun “Duzdağ Müalicəvi İstirahət Mərkəzi”nin direktoru Novruz Novruzov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Neftçala Sənaye Məhəlləsinin direktoru Nəriman Xəlilov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağdam rayonundakı Heyvandarlıq Kompleksinin direktoru Fuad Əyyubzadə, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Saatlı rayonundakı “Aqro-Az” Məhdud Məsuliyyətli Cəmiyyətinin (pambıq istehsalı və emalı) rəhbəri Vahid Hüseynov, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış etdilər.

BİZİ FACEBOOK SƏHİFƏMİZDƏN İZLƏYİN:
https://www.facebook.com/sumqayitxeberCom/

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər