İcra başçısı vətəndaşların problemlərini dinlədi

536

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 4-cü mikrorayonda sakinlərlə görüşüb.

Görüşdə Zakir Fərəcovla yanaşı şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak edib.

Sakinləri fərdi qaydada dinləyən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib, bəzi müraciətlərin isə araşdırılması və həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.

Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən səyyar qəbullar hər həftə davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər