“İki qardaş öllkə bərpa və quruculuq prosesində də birlik nümayiş etdirir” -MÜŞFİQ MƏMMƏDLİ

690

“Azərbaycan 44 günlük Vətən Müharibəsində parlaq qələbə qazanaraq 30 il yaxın müddətdə işğal altında olan torpaqlarını azad etməklə yanaşı həm də regionda yeni reallılqlar yaratdı. Bu gün biz Azərbaycanın döyüş meydanında yaratdığı yeni reallıqların nəticələrinə şahidlik edirik. Regionda reallaşdırılan hər bir layihə məhz yeni reallıqlara uyğun həyata keçirilir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün Füzuli və Zəngilan rayonlarında açılışını etdikləri layihələr, təməlqoyma mərasimləri bu reallıqların nəticəsidir”.

Bu fikirləri millət vəkili Müşfiq Məmmədli səsləndirib.

Millət vəkili bildirib ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə olaraq hər zaman bir-birinin yanında olub: “44 günlük Vətən müharibəsində də Türkiyə öz qardaşlıq dəstəyini nümayiş etdirdi. Qardaş ölkənin həm siyasi, həm də mənəvi dəstəyi bu Qələbənin əldə olunmasında çox böyük rol oynamışdır. Türkiyə ikinci Qarabağ müharibəsinin ilk günündən son anına kimi Azərbaycanın yanında olduğunu nümayiş etdirdi, öz dəstəyini əsirgəmədi. Müharibədən sonra Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoydu. Şuşa Bəyannaməsi ilə iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi”.

Millət vəkili Müşfiq Məmmədli qeyd edib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasında Vətən müharibəsi zamanı ölkəmizə siyasi və mənəvi dəstəyini ifadə edən dost dövlətlərlə əməkdaşlıq edir: Dövlətimizin başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, Qarabağın bərpası prosesinə müharibə dövründə eləcə də müharibədən sonrakı mərhələdə Azərbaycana fəal dəstək verən qardaş və dost ölkələrin cəlb edilməsinə diqqət yetiriləcək. Ötən gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli və Zəngilan rayonlarına səfəri zamanı bir daha gördük ki, ərazilərin bərapası ilə bağlı həyata keçmirilən bütün layihələrdə Türkiyə və Azərbaycan şirkətləri bərabər iştirak edir. Necə ki, müharibə dövründə hər iki ölkə birgə idi, bərpa prosesində də biz bu birliyi görürük”.

Millət vəkili ötən gün açılışı və təməli qoyulan layihələrin önəminə diqqət çəkərək bildirib ki, işğaldan azad olunmuş ərazilərdə reallaşdırılan layihələr göstərir ki, Azərbaycan bu əraziləri qısa zamanda bərpa etmək əzmində və gücündədir: “Cəmi 8 ay ərzində inşa olunan Füzuli Hava Limanının açılışı işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələrin miqyasını və hansı sürətlə həyata keçirildiyini göstərdi. Hava Limanı bölgədə turizmin və ticarətin inkişafına öz müsbət töhfəsini verəcək. Eyni zamanda bölgədə həyata keçirilən quruculuq işlərinin də daha sürətli aparılmasına şərait yaratmış olacaq. Təsadüfi deyil ki, Füzuli Hava Limanı Qarabağın dünyaya açılan qapısı adlandırılır. Bu layihənin reallaşdırılması həm iqtisadi, həm də siyasi cəhətdən olduqca mühüm əhəmiyyət kəsb edir”.

M.Məmmədli vurğulayıb ki, yeni reallıqlar həm də bölgədə yeni nəqliyyat və kommunikasiya imkanları açır. Ötən gün Türkiyə və Azərbaycan Prezidentləri Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, yəni “Zəngəzur dəhlizinin” təməli qoydu. Bu olduqca mühüm tarixi hadisədir. Azərbaycan və Türkiyənin birgə reallaşdırdığı bu layihə bütün türk dünyasını birləşdirəcək. Zəngəzur dəhlizinin reallaşdırılması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı bütövlükdə regionun inkişafına xidmət etmiş olacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər