“İkinci ali təhsil imtahansız olacaq” – Nazirlik

3804

“İstənilən şəxs universitetlərdən kolleclərə, kolleclərdən universitetlərə müsabiqədənkənar qəbul olunacaq”

AzEdu.az xəbər verir ki, bunu bunu Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Sübhi Kazımov deyib.

Onun sözlərinə görə, hər bir şəxs həyatının müxtəlif dövründə ixtisasını dəyişmək məcburiyyətində qala bilər:

“Mövcud qaydalarda ali təhsilli şəxs kolecə qəbul olmaq istədikdə müsabiqədə iştiraka məcbur idi. Belə qərarlaşdırdıq ki, ali təhsilli şəxsin orta ixtisas təhsili müsəssisələrinə qəbulu üçün imtahanda iştirakı vacib deyil. Qanuna edilən bu dəyişiklik ali təhsilli şəxsə orta təhsil müəssisəsinə imtahansız qəbul olunmaq imkanı yaradır. Bu qaydalarda müəyyən olunacaq ki, hansı ixtisaslar üzrə hansı ali təhsil müəssisəsinə daxil olmaq olar. Daha aydın dillə desək, vətəndaşlara ali təhsil müəssisələrindən orta ixtisas təhsili müəssisələrinə, eləcə də orta ixtisas təhsili müəssisələrindən ali təhsil müəssisələrinə müsabiqədənkənar( DİM-in keçirdiyi imtahanlardan) qəbul olunmaq hüquq veriləcək”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər