İlham Əliyev Sumqayıtdakı Bayraq meydanında oldu

630

Prezident İlham Əliyev Sumqayıtdakı Bayraq meydanında yaradılan şəraitlə tanış olmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, burada təmir işlərinə 2012-ci ildə başlanılmışdır. Meydanda 72 metr hündürlükdə dalğalanan bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bundan başqa, əraziyə bitişik park da gözəl tərtibatda yenidən qurulmuşdur. Ətrafda geniş abadlıq-quruculuq və yaşıllıq işləri görülmüşdür. Burada 18 min kvadratmetr sahəyə daş plitə döşənmiş, müasir işıqlandırma sistemi qurulmuşdur.

Prezident İlham Əliyev Bayraq meydanında görülmüş işlərdən razılığını bildirdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər