İlham Əliyev şəhid ailələri ilə bağlı fərman imzaladı

882

Prezident İlham Əliyev 25 iyun 2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Fərmana 1.7 – 1.9-cu bəndlər əlavə edilib.

1.7. şəhid statusu verilmiş şəxsin vərəsələrinə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu
1.8. müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu
1.9. hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alan hərbi qulluqçulara dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu

Qeyd edək ki, sözügedən Fərmana əlavə edilən 1.7 və 1.9- cu bəndlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstəriləcək xidmətlərin siyahısına daxil edilib.

Fərmanın 4.2-ci bənd isə müddətli həqiqi hərbi xidmətdə olmasına dair arayış verilməsi şəklində dəyişdirilib.  5.4-cü bənddə “əbədiləşdirməsi” sözü “əbədiləşdirilməsi” sözü ilə əvəz edilib.

Bildirək ki, ləğv edilən 7-ci hissədəki xidmətlər əvvəllər Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən həyata keçirilib.

Qeyd edək ki, bu Fərmanın 1.1-ci və 1.4-cü bəndləri 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər