“İlham Əliyevi şəxsən tanıyıram…” – Ermənistan prezidenti

1499

Ermənistanın yeni prezidenti Armen Sarkisyan Azərbaycan prezidenti İlham Əliyevi çox yaxşı tanıyır. Həmçinin o, Qarabağda gərginliyin artacağını istisna etmir. “Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Sarkisyan müsahibəsində deyib.

Ermənistandakı hakimiyyət dəyişikliyinin Bakı ilə dialoqa təsir edə biləcəyi ilə bağlı suala cavab olaraq A.Sarlkisyan deyib: “Bunu heç cür şərh edə bilmərəm. Çünki İlham Əliyevi şəxsən tanıyıram. Çox yaxşı. Lakin vəziyyət və siyasət elədir ki, an çox həssasdır, yəni Dağlıq Qarabağda gərginliyin artması ehtimalını istisna etmək olmaz”, – Sarkisyan izah edib.

Prezident vurğulayıb ki, ilk iş günündən etibarın yeni hökumət sərhədlərin təhlükəsizliyi ilə ciddi məşğul olmalıdır. O, bu mənada Moskva ilə münasibətlər mövzusuna da toxunub.

 “Rusiya Ermənistanın strateji və hərbi-siyasi tərəfdaşıdır. Hamıya məlumdur ki, Ermənistanda ordu Rusiya ordusuna çox yaxındır. O, Rusiya istehsalı olan silahla təchiz edilir, NATO və Çin istehsalı deyil”, – Sarkisyan bildirib.

Sarkisyan xatırladıb ki, Ermənistan və Rusiya təhlükəsizlik üzrə eyni təşkilatın üzvləridir və əminliklə bildirib ki, Rusiyanın hərbi bazası Ermənistana lazımdır.

“Bu bazanın harada, Ermənistanla Türkiyənin sərhədinin yaxınlığında yerləşdiyini bilərək, həmişə dəstəkləyərək mübarizə aparacağam ki, bu qardaşlıq və hərbi-siyasi münasibətlər güclü olaraq qalsın”, – Sarkisyan sözlərini yekunlaşdırıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər